“İlham Əliyev- davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib
23.12.2021 [11:36]
YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “İlham Əliyev- davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu, YAP Pirallahı rayon təşkilatı ərazi partiya təşkilatının sədrləri, İkinci Qarabağ müharibəsi qaziləri və Pirallahı rayon təşkilatının fəalları iştirak edən tədbirdə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan, regionda çox böyük nüfuza malik olan və geniş spektrli vizyon sahibi cənab İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daimi yaxşılaşdırılması, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada bənzəri olmayan sıçrayışlı iqtisadi inkişafla yadda qalıb. Natiq öz çıxışında qeyd etdi ki, Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürdülməsi, Ermənistanla, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, regional inteqrasiya proseslərinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən çoxşaxəli və geniş miqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu qeyd edib ki, 44 günlük Vətən müharibəsinin məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və dərindən düşünülmüş hərbi strategiyası nəticəsində qələbə ilə sonlandırıldı. Dövlət başçısına olan böyük ümumxalq sevgisindən söz açan natiq qeyd etdi ki, qələbənin miqyası olduqca böyükdür və bütövlükdə Azərbaycan xalqının yenidən doğuş tarixidir. Əldə olunan böyük tarixi zəfər bütövlükdə regionumuzda yeni geostrateji reallıqlar yaratmişdır. Deputat bildirdi ki, öz torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan son dövrlər bir çox meqa lahiyələr həyata keçirir.
İkinci Qarabağ müharibəsi qazisi Pərviz Abbaszadə bildirdi ki, milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. 44 günlük Vətən müharibəsindən az sonra Respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımız və Ordumuzun şəxsi heyəti tərəfindən tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi kimi minnətdarlıqla qarşılanıb.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanova qeyd etdi ki, Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Daha sonra son dövrdə rayonda görülən böyük quruculuq-abadlıq işlərindən söz açan natiq dövlət başçısının diqqət və qayğısı nəticəsində rayonun əsaslı inkişaf perspektivləri haqqında danışdı.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

