“Dayanıqlı İnkişaf Məqsədləri: Təhsilli qadın, təhsilli cəmiyyət” mövzusunda tədbir keçirilib
20.04.2022 [16:32]
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının təşkilatçılığı ilə partiyanın Suraxanı rayon təşkilatında “Dayanıqlı İnkişaf Məqsədləri: Təhsilli qadın, təhsilli cəmiyyət” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, təhsildə uğurların əldə olunması hər bir cəmiyyət üçün çox vacib amillərdəndir. Cəmiyyətin digər sahələri ilə yanaşı gender bərabərliyinin bu istiqamətdə də uğurla tətbiq edilməsi təqdirəlayiq haldır. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasında da gender bərabərliyinin təmin olunması, qadınların da kişilərlə bərabər partiyanın rəhbər orqanlarında təmsil olunması partiyamızın bu sahəyə yanaşmasını real ifadə etməkdədir. VII qurultaydan sonra YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi yaradılması da bu faktı bir daha təsdiqləyir.
Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva mövzunun aktuallığından danışaraq bildirib ki, təhsil hər bir millətin gələcəyi üçün mühüm faktordur. Onun sözlərinə görə, təhsilli qadınlar cəmiyyətin inkişafına böyük töhfələr verirlər. Bu mənada, “təhsilli qadın təhsilli cəmiyyət deməkdir” fikri özünü təsdiq edib.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova çıxış edərək təhsilin cəmiyyət üçün layiqli vətəndaş yetişdirdiyini diqqətə çatdırıb. Mütəfəkkirlərin təhsilin əhəmiyyəti haqqında kəlamlarını xatırladan deputatın sözlərinə görə, Azərbaycanda bu sahəyə dövlət tərəfindən xüsusi diqqət yetirilir. O bildirib ki, respublikamızda təhsilin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasətin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən komitə üzvü son illər Azərbaycan təhsilinin böyük nailiyyətlər qazandığını söyləyib. Deputat təhsillə təlim-tərbiyənin bir-birinə sıx bağlı olduğunu deyərək qadınların bu prosesdə rolunu xüsusi vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə Azərbaycanda tarixən qadın amilinə böyük önəm verildiyini söyləyib. O xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququ verilib. Halbuki, bu gün dünyada ən demokratik hesab olunan ölkələrdə qadınlara o zaman belə hüquqlar verilməmişdir. Deputat, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra dövlət qadın siyasətinin əsasının qoyulduğunu diqqətə çatdırıb. Hazırda milli təhsilimizin beynəlxalq miqyasda da nailiyyətlər qazandığını deyən deputatın sözlərinə görə, bu nailiyyətlərin əldə olunmasında elm və təhsil sahəsində çalışan qadınların böyük payı var. O eyni zamanda, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorunun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Rəsulova bildirib ki, təhsilli cəmiyyət xoşbəxt cəmiyyətdir. Onun sözlərinə görə, ölkənin təhsil sistemində qadınlar üstünlük təşkil edir. Təkcə Bakı şəhərində xüsusi təmayüllü məktəblər istisna olmaqla 316 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə çalışan müəllimlərin sayı 25 min 362 nəfərdir. Onların da 94 faizi qadınlardan ibarətdir. S.Rəsulova eyni zamanda təhsil sahəsində mövcud olan problemlərdən və onların həlli yollarından da bəhs edib.
Tədbirdə YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Məhərrəmov çıxış edərək təhsilin hər bir cəmiyyətin inkişafının əsasını təşkil etdiyini bildirib. O qeyd edib ki, təhsil hər bir xalqın gələcəyi üçün işıqlı yoldur. Hazırda dünyanın bir sıra regionlarında münaqişələrin, ölkələr daxilində qarşıdurmaların baş verdiyini deyən M.Məhərrəmovun sözlərinə görə, bunun əsas səbəblərindən biri intellektual, yüksək təhsilli cəmiyyətlərin olmamasıdır. Natiq Azərbaycanda yüksək təhsilli cəmiyyətin önəmindən danışaraq bu prosesə qadınların böyük töhfələr verdiyini vurğulayıb.
Daha sonra tədbir diskussiya şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

