YAP Laçın rayon təşkilatı “Şuşa ili-Zəfər qurultayı” ilə əlaqədar konfrans keçirib
27.04.2022 [15:52]
27 aprel 2022-ci il tarixdə YAP Laçın rayon təşkilatı "Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı- Zəfər Qurultayı dünyanın diqqətini bir daha Qarabağa yönəltdi” mövzusunda konfrans keçirdi. Konfransda YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatının sədrləri, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak etmişdir. Konfransı giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək bildirdi ki, Şuşada keçirilən Zəfər qurultayı dünyaya yeni bir pəncərə açdı.
Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayının keçirilməsi Azərbaycan tarixinə yazılan qürurverici tədbirlərdən biridir. İ. İlyasov V qurultayda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin geniş və məzmunlu nitqinə istinadən bildirdi ki Azərbaycan dünyaya necə sülhsevər olmağı, tolerantlığı səbri- təmkini və qətiyyəti nümayiş etdirməklə yanaşı, vətənini , torpağını sevməyi qorumağı, ona əl uzadanın, düşmən gözü ilə baxanların layiqli dərsini verməyi də nümayiş etdirdi. Dünyanın mədəniyyət incilərindən olan qədim Şuşamızda bu cür təntənəli tədbirin keçirilməsi həm də ermənilərin bu vaxtadək tarixə saxtakarcasına yamaq edilmək xülyalarını məhv etdi. Bütün dünyaya Azərbaycanın qədim Şuşa şəhərindən verilən bir mesaj oldu. Daha sonra çıxış edən 52 saylı ƏPT-nin sədri Şəbnəm Uğurlu qeyd etdi ki, dünya azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi hər bir azərbaycanlının reallaşan arzusudur. Ş. Uğurlu, cənab Prezidentin qurultaydakı tarixi çıxışına istinad edərək bildirdi ki, tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişdir. Müstəqillik dövründə yetişən gənclər tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişdir. Çıxış edən 12 saylı ƏPT-nin sədri Fəxrəddin Bayramov, Şuşada gedən quruculuq işlərindən, dəyişən, yeniləşən Şuşamızdan, onun tarixi keçmişindən və ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən yenidənqurma işlərindən danışdı. Tədbirin sonunda 2 saylı ƏPT-nin sədr müavini Şamo Qasımov çıxış edərək bildirdi ki, Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi ilə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi.
Xəbər lenti
Hamısına baxGündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19

