Yeni Azərbaycan Partiyasının siyasəti dövlətimizin firavan gələcəyinə xidmət edir
21.10.2010 [09:53]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov dünən Nərimanov rayonu, “Orucəliyev-B” ünvanında seçicilərlə görüşüb. Seçiciləri salamlayan Əli Əhmədov onlarla növbəti dəfə görüşməkdən məmnun olduğunu bildirib: “Mənim həyatımın bir hissəsi Nərimanov rayonu ilə bağlı olub, ali təhsil almağa gələrkən bu rayonda yaşamağa başlamışam. Deputatlığa namizədliyimin bu ərazidən verilməsinin səbəblərindən biri də Nərimanov rayonu ilə bağlılığımdır. ötən beş ildə Milli Məclisdə sizin səlahiyyətli nümayəndəniz olmağımdan çox məmnunam. Bu müddətdə mənə etdiyiniz müraciətlərin əksəriyyətini həll etmişik. Amma bir nəfər bütün problemlərin öhdəsindən gələ bilməz. Bununla belə, mənə edilən müraciətlərin hamısına diqqətlə yanaşılıb və qaldırılan məsələlərdən imkanım çatanı həll etmişəm. Doğrudur, deputat qanunvericilik fəaliyyəti ilə məşğul olmalıdır, amma öz seçicilərinin də problemlərinə laqeyd yanaşmamalıdır. Siz yenidən mənə səs vermək niyyətində olsanız, bunu etsəniz mən qanun çərçivəsində vəzifə və səlahiyyətlərimi davam etdirəcəm”.
YAP Sədrinin müavini Azərbaycanın inkişafı istiqamətində həyata keçirilən siyasət haqqında da seçicilərə ətraflı məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına xidmət edir: “Məqsəd odur ki, hər bir vətəndaşın, hər bir ailənin güzəranı daha da yaxşılaşsın. Həyata keçirilən siyasət nəticəsində ölkəmizin bütün bölgələrində abadlıq, quruculuq işləri həyata keçirilir, yeni yollar, körpülər tikilib istifadəyə verilir. Eyni zamanda, insanların əməkhaqları, təqaüdləri, sosial müavinətləri tədricən artırılır. Kimsə əməkhaqlarının bir neçə dəfə artırılmasını vəd edirsə, bu həqiqətdən tamamilə uzaqdır. Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət uzun müddətə hesablanıb və bunun nəticəsində də ilbəil əhalinin rifahı daha da yüksələcək”.
YAP Sədrinin müavini ölkənin qarşısında böyük vəzifələrin dayandığını da bildirib. Onun sözlərinə görə, hazırda ən ciddi problem torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasıdır. Əli Əhmədov bildirib ki, hökumət öz torpaqlarından didərgin düşmüş insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atır: “Gördüyünüz kimi, dövlət kifayət qədər səylə çalışır ki, hər bir vətəndaş rahat yaşasın. Yəni, görülən bütün işlər insanların həyatının daha da yaxşılaşdırılması üçündür. Hər bir dövlətin gücü insanlardır, insanların dövlətə olan münasibətidir. Dediyim kimi, bütün bölgələrdə, o cümlədən, Nərimanov rayonunda da böyük işlər görülür. Hamımız istəyirik ki, Azərbaycan güclü olsun. Dövlətimizin güclənməsi hər birimizin qəlbini iftixar hissi ilə doldurur. Bu gün böyük layihələr həyata keçirilir ki, bunlar uzun müddətə hesablanıb və dövlətimizin gələcəyinə xidmət edir. Yeni Azərbaycan Partiyasının siyasəti də bundan ibarətdir”.
Azərbaycanın əsas probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən YAP Sədrinin müavini bu münaqişə nəticəsində yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Əli Əhmədov bildirib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünün aradan qaldırılması dövlətimizin əsas vəzifəsidir və bu istiqamətdə danışıqlar prosesi gedir. Azərbaycan bu münaqişənin ədalətli həllinin tərəfdarıdır. Torpaqlarımızın işğal altında olmasının ciddi sosial-humanitar problemlər də yaratdığını deyən Əli Əhmədov qeyd edib ki, münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün dövlət külli miqdarda vəsait xərcləyir. YAP Sədrinin müavini bildirib ki, bəzi deputatlığa namizədlər seçicilərə mümkün olmayan vədlər verirlər: “Bəziləri iddia edirlər ki, əməkhaqlarını, təqaüdləri bir neçə dəfə artırmaq mümkündür. Əgər mümkün olsaydı, onlar hakimiyyətdə olanda nə üçün bunu etmirdilər. 1992-ci ildə vəd etdilər ki, hakimiyyətə gəlsək, asfaltları bir neçə santimetr qalınlıqda qızıl edəcəklər, amma olan asfaltları da dağıtdılar. Əlbəttə, iqtisadiyyatın inkişafında, əhalinin rifahının yüksəlməsində neft amili böyük rol oynayır. Amma real olmaq lazımdır. Bu gün neftin pulunun hamısı xərclənsə, gələcəyimiz üçün nə edə bilərik? Yadınızdadırsa, 2008-ci ildə neftin bir barelinin qiyməti 150 dollara qədər qalxdı, sonra 38 dollara endi. Qiymət yüksələndə əməkhaqlarını artırıb, qiymət enəndə deməliydik ki, əməkhaqlarını endiririk. Yəni, demək istəyirəm ki, belə fikirləri söyləyənlərin heç bir əsası yoxdur. Biz dövlətimizin, övladlarımızın gələcəyini düşünürük. Ağıllı dövlət ağıllı ailə başçısı kimidir, o özünün sabahını düşünməlidir. Bu dövlət ölkənin gələcəyini düşünür və buna borcludur. Onsuz da hər şey bu millət üçün edilir, amma ağılla, gələcəyi düşünərək neft gəlirlərindən istifadə edilməlidir ki, dövlətimiz də bunu edir”.
çıxışının sonunda Əli Əhmədov seçiciləri seçkilərdə iştirak etməyə və layiq bildikləri namizədə səs verməyə çağırıb.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov seçiciləri partiyanın namizədi Əli Əhmədova səs verməyə çağırıb. O bildirib ki, YAP bütün fəaliyyətini dövlətimizin inkişafına həsr edib: “Nərimanov rayon sakinləri də öz dövlətini sevən, ona sadiq olan insanlardır. ötən 5 ildə Əli Əhmədov sizi parlamentdə layiqincə təmsil edib. Hesab edirəm ki, siz də onun layiqli seçicilərisiniz”.
Görüşdə çıxış edən seçicilər seçki günü YAP-ın namizədinə səs verəcəklərini bildiriblər. Rəşid Soltanov çıxışında Əli Əhmədova böyük hörməti olduğunu bildirib: “Vaxtilə Əli Əhmədovla qonşu olmuşuq, bizim ona böyük hörmətimiz var. Burada başqa namizəd də tanımırıq. Bizim seçimimiz YAP-ın namizədidir”.
Digər bir seçici Məmməd Əliyev isə 1992-ci ildən YAP üzvü olduğunu bildirib. O, qeyd edib ki, bu gün müxalifət yalan vədlər verir: “Biz belə vədlərə aldanmırıq və sözsüz ki, YAP-ın namizədinə səs verəcəyik. Bu gün YAP dünyada böyük nüfuza malik olan partiyadır. Ulu öndərimizin dediyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Seçici Mərkəz Quliyev YAP-ın namizədi Əli Əhmədovu ziyalı bir insan kimi tanıdığını deyib: “Mən Əli Əhmədovu tələbə vaxtından tanıyıram, çox gözəl ziyalı insandır. Şəxsən mən 6 nəfər ailə üzvümlə birlikdə noyabrın 7-də Əli Əhmədova səs verəcəm. Hamını da YAP-ın namizədinə səs verməyə çağırıram”.
Digər bir seçici iqtisad elmləri doktoru Arif Ələkbərov bildirib ki, Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə qazanılıb: “Əlbəttə, bütün insanlar bu inkişafı dəstəkləyir. Təbii ki, belə olan təqdirdə cəmiyyətin aparıcı qüvvəsi olan YAP-ın namizədinə səs verəcəyik”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

