Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır
31.05.2022 [17:41]
“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı bunun növbəti sübutudur
Hazırda dünyada müəyyən qisim dövlətlər var ki, onlar bəşəriyyət tarixinə bir-birinə yaxın, dost və qardaş ölkələr kimi düşüblər. Bu ölkələrin bəzilərini bir-birinə din, bəzilərini dil, bəzilərini isə mədəni köklər bağlayır. Lakin onların heç biri ümumilikdə dünya birliyinə örnək olacaq Türkiyə-Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyillər. Bəli, bu gün çəkinmədən Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə adlandırmaq olar. Bunun başlıca səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. Daha dəqiq desək, bizim xalqlarımızın dostluğu, qardaşlığı çətin sınaqlardan çıxıb və böyük tarixi yol keçib. Çox da uzağa getməyib, ötən əsrin əvvəllərindən etibarən cərəyan edən hadisələrə yenidən nəzər salsaq dediklərimizin öz təsdiqini tapdığının şahidi olarıq.
Mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı bu qardaşlığın simvollarından birinə çevrildi. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.
qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır
Təbii ki, Türkiyə-Azərbaycan qardaşlığından danışan zaman, II Qarabağ müharibəsi dövründə bu ölkənin rəsmi şəxslərinin, bütövlükdə Türk xalqının Azərbaycan üçün tək ürəyə çevrilməsini yaddan çıxarmaq olmaz. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Prezident İlham Əliyev bildirib ki, tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.
Tarixi Şuşa Bəyannaməsi ilə öz qardaşlığını strateji müttəfiqlik sənədində təsdiqləyən Türkiyə və Azərbaycan bu gün rəsmən bir-birinin yanındadır. Bu müttəfiqlik bütün sahələrdə özünü göstərməkdədir. Azərbaycan ilə türkiyə arasında siyasi, iqtisadi əlaqələr, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsi, mədəniyyət, təhsil, ordu quruculuğu istiqamətində mühüm tərəfdaşlıq hökm sürməkdədir.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz nitqində qardaşlığa, sarsılmaz birliyə istinad etdi. Türkiyə lideri bildirdi ki, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, xalqıq. Şuşa Bəyannaməsindən bəhs edərkən qardaş ölkənin dövlət başçısı bu sənəd ilə qardaşlıq əlaqələrimizin strateji müttəfiqlik səviyyəsinə çatdığını bəyan etdi. Cənab Ərdoğan qeyd etdi ki, Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Türkiyə-Azərbaycan qardaşlığının növbəti möhtəşəm nümayişi oldu. Bu, bir daha sübut etdi ki, Türkiyə-Azərbaycan münasibətləri sadəcə qonşuluq müstəvisində məhdudlaşmır və heç bir zaman da məhdudlaşmayacaq. Çünki Ulu öndərimizin unudulmaz sözləri bu münasibətlərin inkişafında hər bir azərbaycanlı və hər bir türk üçün şüara çevrilib: BİR MİLLƏT, İKİ DÖVLƏT!!!
Elnur Əmirəslanov
YAP Hacıqabul rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

