Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşdan - Möhtəşəm Zəfərə gedən yolun memarıdır
10.06.2022 [17:26]
XX əsrdə xalqımıza müstəqillik və azadlıq hisslərini yaşamaq iki dəfə nəsib olmuşdur. Heç də hamar olmayan bu müstəqillik yollarında müdrik Azərbaycan xalqı çox üzüntülər yaşamış, haqsızlığa, ədalətsizliyə, işğala məruz qalmışdır. Müstəqilliyin əldə olunması o dövrdəki tarixi zərurətdən yaranmışdırsa, onun qorunub saxlanması, möhkəmləndirilməsi, əbədiliyinin təmin olunması olduqca çətin, məsuliyyətli və şərəfli bir vəzifə olaraq qalırdı.
İlk dəfə 1918-ci ildə mayın 28-də gərgin bir tarixi dövrdə Azərbaycan Demokratik Respublikası yaransa da, cəmi 23 aydan sonra süquta uğradı.
Tarix 1991-ci ildə xalqımıza ikinci dəfə müstəqillik qazanmaq imkanı nəsib etdi. Həmin dövrdə ölkə hakimiyyətində olan şəxslər faktiki olaraq Azərbaycanı idarə etmək, müstəqil dövlət kimi inkişaf etdirmək iqtidarında deyildilər. Bir yandan zorla cəlb olunduğumuz Ermənistanla uğursuz müharibə, torpaqlarımızın bir – birinin ardınca xəyanət nəticəsində işğalı, digər tərəfdən vətəndaş müharibəsi təhlükəsi, xaos, anarxiya, özbaşınalıq, xalqımızı böhrana sürükləyən AXC – Müsavat cütlüyü rəhbərlərinin səriştəsizliyi, təcrübəsizliyi müstəqilliyimizi böyük təhlükə altıında qoymuşdu. Lakin xalqımıza düşmən kəsilən bu kimi üzdəniraqlar öz məkrli, çirkin planlarını həyata keçirərkən ümummilli lider Heydər Əliyev amilini nəzərə almamışdılar.
1993-cü ilin iyununda xalqın təkidli dəvətini qəbul edən ulu öndərimiz böyük əzmlə, siyasi iradə ilə, tükənməz enerji və dönməz prinsipiallıqla öz çiyinlərini bu ağır və çətin vəzifənin altına verdi və bu bəladan da müdrik Azərbaycan xalqı üzü ağ çıxdı.
Odur ki, 1993-cü il müstəqil Azərbaycanın dövlətçilik tarixinə bir dönüş ili, 15 iyun isə Milli Qurtuluş günü kimi qızıl hərflərlə həkk olundu. Beləliklə xalqımız xaosdan, anarxiyadan, müstəqilliyini itirmək təhlüskəsindən qurtuldu.
Bəli, hakimiyyətə gəlmək hünər deyil, hünər hakimiyyətdə olarkən xalqı düşünmək, onun problemlərini həll etmək, onun rifahını yaxşılaşdırmaq, vicdanla, sədaqətlə dövlətçiliyə xidmət etməkdən ibarətdir. Bunu da məhz, ümummilli liderimiz Heydər Əliyev bacardı. Necə deyərlər, bu hünəri Heydər Əliyev göstərdi. Qısa müddət ərzində Azərbaycanda ictimai – siyasi sabitlik əldə olundu, qanunsuz silahlı birləşmələr ləğv edildi, ölkədə hüquqi, demokratik, dünyəvi dövlət qurculuğu prossesi başlandı. Bir sözlə, Azərbaycan məhv olmaq təhlükəsindən xilas edildi.
Xoşbəxtliyimiz ondadır ki, bu gün ulu öndərin dəsti - xətti, onun siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən əzmlə, böyük səylə davam etdirilir. Dahi rəhbərimiz Heydər Əliyevin bizə miras qoyduğu Müstəqil Azərbaycan günbəgün inkişaf edir, çiçəklənir, beynəlxalq aləmdə qüdrətli bir ölkəyə çevrilir.
Bu gün Cənubi Qafqazın lider ölkəsi olan Müstəqil Azərbaycan dünyada heç bir ittifaqa, heç bir bloka qoşulmayan, güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik bir ölkə kimi tanınır. Ulu öndərimizin şah əsəri olan Müstəqil Azərbaycan siyasi sabitliyin, davamlı inkişafın bərqərar olduğu, ən sürətlə inkişaf edən, dünyada ən çox islahat aparan on ölkədən biridir.
Cənubi Qafqazda təhlükəsizlik diyarı kimi tanınan Azərbaycan bu gün 100-dən artıq ölkəyə yardımlar edən, köməkliklər göstərən sülhsevər, tolerant, multikultural bir ölkədir. Müstəqil Azərbaycanın gücü, qüdrəti 44 günlük Vətən Müharibəsində də bir daha özünü göstərdi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini Azərbaycan özü icra etdi. Bununla da tarixi ədalət, milli ləyaqət bərpa olundu.
Bu gün qalib lider, qalib ordu, qalib xalq – kəlamı Azərbaycanın timsalında öz təsdiqini tapır, bunlar mövcud Azərbaycan reallıqlarıdır. Əminik ki, çox yaxın günlərdə kapitulyant Ermənistan qalib Azərbaycanın şərtlərini qəbul edəcək və bölgədə davamlı sülhə nail olunacaqdır.
Artıq ikinci ildir ki, dünyanın hər yerində bütün azərbaycanlılar 15 iyun - Milli Qurtuluş Gününü qalib xalqın qalib övladları kimi qeyd edirlər. Çünki, 30 ilə yaxın bir dövrü əhatə edən, memarı ümummilli liderimiz Heydər Əliyev olan Milli Qurtuluşdan – Möhtəşəm Zəfərə gedən yolu müdrik xalqımız şərəflə keçdi. Bu gün Müstəqil Azərbaycanımızın memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin, eləcə də, torpaqlarımızın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün təmin olunmasında canından keçmiş bütün şəhidlərimizin ruhları şaddır. Çünki, ulu öndər Heydər Əliyevin müqəddəs arzuları, “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” – deyən möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirildi. Müdrik xalqımız şanlı tariximizə qızıl hərflərlə yazılan möhtəşəm qələbəyə imza atdı. İnanırıq ki, möhtərəm prezidentimiz, müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının rəhbərliyi altında xalqımız yeni – yeni uğurlara, qələbələrə imza atacaqdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

