Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etdi
23.06.2022 [17:09]
Danılmaz faktdır ki, Azərbaycan xalqının nicatı, ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır.
Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, uğurlu siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi. Milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşmüşdür.
Azərbaycan tarixində silinməz izlər qoymuş Ulu Öndərin bizlərə bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti daim böyük hörmət və ehtiramla anır. Məhz 15 iyun xalqın xilaskar oğlunun Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı gün Qurtuluş günü elan olundu. Bu gün Azərbaycan tarixində xüsusi bir səhifə kimi tarixə çevrildi. Bu Qurtuluş günü həm də Azərbaycanı böyük bir təhlükədən – dövlətçiliyini itrmək, dünya xərtəsindən silinmək, məhv olmaq təhlükəsindən qurtulduğu gün, Azərbaycan dövlətçiliyinin sübutu günü idi. Böyük lider qısa zaman kəsiyində Azərbaycanı bütün bəlalardan xilas edərək, öz missiyasının öhdəsindən yüksək səviyyədə gəldi və Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi.
Ali Sovetin sədri Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı. Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəflər məharətlə müəyyənləşdirildi və kiçik bir ölkə Ulu Öndərin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.
İlk növbədə ölkədə separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı və cəbhədə atəşkəsə nail olundu. Heydər Əliyevin ölkə iqtisadiyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanıldı və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “ Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaratdı, neftdən əldə edilən vəsaitlər Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanaraq ölkənin taleyüklü məsələlərinin həllinə və sosial problemlərin aradan qaldırılmasına yönəldildi. Dövlətimizin inkişafı təmin edildi, beynəlxalq nüfuzu artırılırdı. Ölkəmizin daxili imkanları durmadan artır, sabitliyimiz ən böyük sərvətimiz kimi daim qorunur, vətəndaşlarımızın rahat və sərbəst yaşaması istiqamətində mühüm addımlar atılırdı. Sosial sahədə gerçəkləşdirilən davamlı islahatlar insanların maddi-rifah halının, yaşayış şəraitinin daha da yüksəldilməsinə xidmət edirdi. Bir sözlə, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kursun dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilməsi ölkəmizin bu günkü nailiyyətlərinin qazanılmasına və gələcəkdə uğurlu perspektivin əsasının qoyulmasına zəmin yaratdı.
Qürurla vurğulamalıyıq ki, artıq Azərbaycan dünyaya bir günəş kimi doğub. Bu günəşin işığı isə hər zaman xalqımızın xoşbəxt gələcəyinə işıq saçacaqdır. Məhz əldə olunan inkişafın nəticəsidir ki, 44 günlük Vətən müharibəsində xalqımız düşmən üzərində parlaq qələbə qazandı. Ulu öndərin hər zaman çıxışlarında “Biz tarixi torpaqlarımıza mütləq geri dönəcəyik, biz ərazi bütövlüyümüzü bərpa edəcək və düşmənə layiqli yerini göstərəcəyik” fikri reallaşdı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuz erməni işğalçıları üzərində misli görünməmiş zəfərə imza atdı. Dövlət başçısının tarixi Şuşa şəhərimizin işğaldan azad olunması xəbərini xalqımıza çatdırarkən “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” ifadəsi hər bir azərbaycanlının sonsuz qüruruna səbəb oldu. Bəli, biz xoşbəxt xalqın nümayəndələriyik ki, ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandanımız var.
Qürurla deyə bilərik ki, bu gün azad Qarabağda dünyanı heyrətə gətirən böyük quruculuq və bərpa işləri aparılır, ölkənin öz imkanları hesabına maliyyə resurslarının yatırılması ilə yanaşı dünyanın böyük şirkətləri, iş adamları fəal şəkildə bu prosesə cəlb olunub. Şübhə yoxdur ki, yeni reallıqlar, ilk növbədə, məhz Azərbaycanın müstəqil dövlət kimi dünya miqyasında daha güclü mövqe əldə etməsi üçün real zəmin yaradır. Ona görə də, Prezident İlham Əliyevin təbirincə desək, əmin ola bilərik ki, bizim inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaqdır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36

