Azərbaycan-Türkiyə birliyi bölgədə çox önəmli bir amildir
26.10.2022 [11:24]
Azərbaycanın 44 günlük İkinci Qarabağ Müharibəsində qazandığı şanlı qələbə nəticəsində regionda yaratdığı yeni reallıq sülhə, əmin-amanlığa, qarşılıqlı faydalı əməkdaşlığa və regionun tərəqqisinə xidmət edən praktiki nəticələr verməyə başlayıb. Beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilərin bərpasına və kommunikasiyaların açılmasına yaşadığımız bölgədə sülh, sabitlik, region ölkələri üçün yeni formatda əməkdaşlığın bərqərar olması və davamlı xarakter almasının ən vacib amillərdən biri kimi baxır. Ona görə də iki qardaş ölkənin dövlət başçıları-Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən keçən ilin 26 oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılışı kimi, bu il oktyabrın 20-də Zəngilan Beynəlxalq hava limanının açılışı da çox mühüm hərbi strateji bir layihə olmaqla yanaşı, həm də dünyaya növbəti sülh və əməkdaşlıq mesajıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb... Biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq.Azərbaycan-Türkiyə birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır. Hazırda siyasi şəraitin xeyli gərginləşdiyi bir vaxtda bu, çox yerində, zamanında və təkcə Ermənistan deyil, ona havadarlıq edən məlum ünvanlara yönəlmiş çox vacib bir mesajdır. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.
Bu gün Azərbaycanın hər yerində abadlıq-quruculuq işləri aparılır. Xalqın birliyindən, iradəsindən, dəstəyindən güc alan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilər müasir, gözoxşayan yaşayış yerlərinə çevrilir. İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti indi bütün gücünü xalqın rifah halının yaxşılaşmasına, xoş güzəranına sərf edir. Bu məqsədlə ölkəmizdə ilk növbədə vaxtilə yurd yerlərindən didərgin düşmüş vətəndaşlarımızın doğma el-obalarına qayıtmaları istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Azad olunmuş ərazilərdə hərtərəfli inkişafı təmin etmək, yox olan şəhərləri bərpa etmək isə güclü, qüdrətli Azərbaycanın qarşıya qoyduğu ən vacib vəzifədir. Bu gün bu məqsədə çatmaq, düşmənin bağrını yarıb, dostu sevindirən Böyük Qayıdışın reallaşması isə vaxt, zaman tələb edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: "İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışında iştirak etmək, ikinci hava limanını həqiqətən müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir".
Bəli, 30 il ərzində düşmən əsarətində olan ərazilərini azad edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu yerlər qısa müddətdə inkişaf etmiş, beynəlxalq aləmə inteqrasiya olunmuş mərkəzə çevriləcəkdir.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

