/ / Ramil Orucov: İşğaldan azad edilmiş torpaqlarımızda Türkiyə-Azərbaycan bayraqları birgə dalğalanır
Ramil Orucov: İşğaldan azad edilmiş torpaqlarımızda Türkiyə-Azərbaycan bayraqları birgə dalğalanır
26.10.2022 [15:05]
Qürur duyduğumuz şanlı tarixi Zəfərimizdən danışanda ilk növbədə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı yada düşür. Eyni soykökə, dilə, dinə, mədəniyyətə malik olması bu iki ölkəni bir-birinə doğma edib. Bir də deyirlər dost dar gündə bilinər. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində başlayan 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında oldu. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə birliyi bir daha zəfər çaldı.
Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, sevincli, kədərli günlərdə də bir-birinin yanında olan qardaş ölkələrin dövlət başçıları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində Azərbaycan və Türkiyə tarix 44 günlük Vətən müharibəsində Zəngilanın işğaldan azad edilməsinin ikinci ilini də birlikdə qeyd etdilər. Ölkə Prezidentimiz fəxrlə vurğuladı: "Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq, bu gün Zəngilan Hava Limanını açdıq. Yəni bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik. Bugünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gündür. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır".
Tarixi 2022-ci il oktyabrın 20-də işğaldan azad olunmuş ərazilərimizdə hər zaman Azərbaycanın yanında olan Türkiyə Prezidentinin iştirakı ilə təməli ötən ilin aprelində qoyulan Zəngilan Beynəlxalq Hava Limanı açıldı.
Artıq Türkiyə-Azərbaycan münasibətlərin yeni müstəviyə qədəm qoyduğının şahidi oluruq. İşğaldan azad edilmiş torpaqlarımızda Türkiyə-Azərbaycan bayraqları birgə dalğalanır. Azərbaycan və Türkiyənin birgə addımlaması, qardaş prezidentlərin sarsılmaz bağları dünyada nümunəyə çevrilib və bütün bunlar hər bir azərbaycanlıya fəxarət hissi yaşadır. Ona görə ki, qardaş ölkələrin əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir.
YAP Gəncə şəhər təşkilatının sədri vurğulayıb ki, Şuşada qardaş ölkə prezidentləri arasında imzalanan, Türkiyə və Azərbaycanı rəsmən müttəfiq edən Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasında əməkdaşlığı gücləndirməklə yanaşı türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da inkişaf etdirilməsinə zəmin yaradıb.
Qısa zaman ərzində işğaldan azad edilmiş torpaqlarımızda Türkiyə şirkətləri ilə birlikdə iki beynəlxalq hava limanı, avtomobil yolları, müxtəlif ictimai-iaşə obyektləri, yaşayış yerləri inşa edilib. Hər zaman gücümüzə güc qatan Türkiyənin dəstəyi bir daha göstərir ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Əsas məqsədlərinin regionda sülhün bərqərar olması olan qardaş ölkənin prezidentlərinin oktyabrın 20-də mətbuata verdikləri bəyanatları bir daha göstərdi ki, dünya neçə-neçə belə Türkiyə-Azərbaycan qardaşlığını təsdiq edən tarixi hadisənin şahidi olacaq - deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

