Ermənistanın Azərbaycan əraziləri daxilində baş verən hadisələrlə bağlı iddiaları böhtandır
22.12.2022 [11:02]
Vətən müharibəsindən sonra Azərbaycan özünün beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin etdi. İşğalçı Ermənistan döyüş meydanında ağır məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu. Tarixi dərslərdən nəticə çıxarmaq istəməyən Ermənistan Üçtərəfli Bəyanatın imzalanmasından ötən dövr ərzində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməklə yanaşı, Azərbaycanın ərazisi daxilində sülhməramlıların arxasına sığınaraq cinayət əməlləri törətməkdə davam edir.
Azərbaycan Vətən Müharibəsində nümayiş etdirdiyi kimi, ölkəmizin milli maraqlarına zidd hərəkətlər etməyə çalışan bütün qüvvələrə qarşı güclü iradəyə əsaslanan sarsılmaz mövqeyə malikdir. Ölkəmizin vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası bir daha qətiyyətli vətəndaş mövqeyini ortaya qoydu. Ermənilər Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədlərini təhrif edilmiş formada şərh edərək beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar. Beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən Ermənistan, Azərbaycanı “beynəlxalq hüququ pozmaqda”, “etnik təmizləmədə”, “soyqırım siyasətində” ittiham edirlər.
Amma dünyanın hadisələrə obyektiv baxışa malik cəmiyyətləri erməni yalanlarına inanmırlar. Aksiyaya səbəb Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı və ekoloji vəziyyətin pisləşməsi ilə bağlı monitorinq məqsədilə dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsidir. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir.
Azərbaycan dövləti və ictimaiyyəti bu cür qanunsuz hərəkətlərə yol verənlərə qarşı, suveren ərazisində baş verən özbaşınalıqlara göz yuma bilməzdi. Aksiyaçıların tələbi bütöv Azərbaycan xaıqının tələbidir. Bu tələb Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə edilməsinin, minaların və talan olunan təbii sərvətlərin daşınmasının qarşısının alınmasıdır.
Vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Ermənistan və güvəndikləri Rusiya sülhməramlı qüvvələri qısa zamanda real mənzərəni dərk edib tələblərin yerinə yetirilməsi istiqamətində konkret addımlar atmalıdır. Bu, Ermənistan üçün yeganə çıxış yoludur. Əks yanaşmalar Ermənistan üçün daha böyük çətinliklər yarada bilər.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

