/ / Pirallahıda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə təntənəli bayram tədbiri keçirilib
Pirallahıda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə təntənəli bayram tədbiri keçirilib
29.12.2022 [21:19]
29 dekabr 2022-ci il tarixdə Pirallahı rayonu, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il bayramı” münasibətilə təntənəli bayram tədbiri keçirildi. Pirallahı rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının və Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısının birinci müavini Vəzir Səfixanov, şəhid ailələrinin nümayəndələri və rayon ictimaiyyəti iştirak etdi.
Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirim rəsmi hissəsində Vəzir Səfixanov çıxış edərək, il ərzində baş vermiş əhəmiyyətli hadisələrdən söz açdı. Natiq 2022-ci ilin respublikamız üçün uğurlu olduğunu, istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan nailiyyətlərlə zəngin olduğunu qeyd etdi. Əlavə olaraq, cari ilin rayonumuz üçün də uğurlu olduğu vurğulandı. Çıxışının sonunda Vəzir Səfixanov qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2023-cü ilin gəlişi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, onlara yeni ildə can sağlığı, sevinc dolu günlər arzu etdi.
Daha sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bu günün tarixi önəmindən bəhs edən Emil Abasov bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının birliyi, bərabərliyi və bütövlüyü günüdür. Bu günün əsas məzmununu xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə, doğma torpağa bağlılıq, azərbaycançılıq məfkurəsi, duyğuları və ideyaları təşkil edir. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi Ulu Öndərimiz Heydər Əliyev olub. Natiq çıxışı zamanı bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli birlik, həmrəylik və azərbaycançılıq ideyaları bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi istiqamətində gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, müstəqil Azərbaycana bağlılıqlarının artmasına səbəb olub. Emil Abasov xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, iki il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu qeyd etdi.
Rəsmi hissənin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən şəxslərə RİH başçısının və YAP Pirallahı rayon təşkilatının Fəxri Fərmanları və mükafatlar təqdim olundu.
Tədbir yeni il şənliyi ilə davam etdi.
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20

