“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu dövrün tələbidir
17.01.2023 [12:10]
Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmiz bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə nümayiş etdirir. Azərbaycanın 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması da deyilənlərin təsdiqidir. Bu fikir daim önə çəkilir ki, atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Ən əsası iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı inkişafın təmin edilməsində əsas amildir.
Hər dövrün yeni tələbləri olduğu üçün islahatlar prosesi qaçılmazdır. Bu gün geniş müzakirə edilən yeni “Siyasi partiyalar haqqında” Qanun da dövrün tələblərini özündə ehtiva edir. Qanunun qəbul edilməsini şərtləndirən amillər geniş təhlil olunur. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər bərqərar olunub ki, bunlardan da biri çoxpartiyalı sistemin yaradılmasıdır.
Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizin reallıqları bütün sahələrdə, o cümlədən demokratik islahatlar sahəsində yenilikləri, təkmilləşməni bir zərurt kimi ortaya qoyub. Azərbaycan yenilikçi ölkə olaraq daim dövrün tələblərini düzgün dəyərləndirməyə səy göstərir. Milli Konstitusiyamıza, bu və ya digər sahələrin inkişafında əhəmiyyətli rol oynayan Qanunlarımıza əlavə və dəyişikliklərin edilməsi də deyilənlərin təsdiqidir.
Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Qanun 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.
Sözügedən Qanun qəbul etdiyi dövrün reallıqlarına tam cavab versə də ötən 30 ildə ölkəmizin böyük uğurlu yol keçdiyi göz önündədir. Bu uğurlar “Siyasi partiyalar haqqında” qanunun qəbul olunduğu 1992-ci ildən bu günədək sənədə 27 dəfə əlavə və dəyişikliyin edilməsində özünün aydın ifadəsini tapıb. Artıq yeni Qanunun qəbuluna zərurət yarandı.
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, 24 ölkənin təcrübəsi (Almaniya, ABŞ, Fransa, İsveç, İspaniya, Niderland, İtaliya, Avstriya, Türkiyə, Polşa, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və Ermənistan) nəzərdən keçirilib. Ölkədə fəaliyyət göstərən partiyalardan 47-si Milli Məclisə yazılı formada 250-dən çox təklif təqdim etmişdir.
“Siyasi partiyalar haqqında” yeni Qanunda diqqət çəkən biri-birindən əhəmiyyətli məqamlar var ki, onların hamısı ümumilikdə partiyaların normal fəaliyyətinə geniş imkanlar yaradacaq. Siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

