/ / Ölkəmizin siyasi, iqtisadi potensialı Azərbaycanın regionda etibarlı tərəfdaş olmasına böyük zəmin yaradıb
Ölkəmizin siyasi, iqtisadi potensialı Azərbaycanın regionda etibarlı tərəfdaş olmasına böyük zəmin yaradıb
26.01.2023 [11:18]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Öncə qeyd etmək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlisi: Yoldan magistrala” mövzusunda keçirilən panel iclasında iştirakı ölkəmizin beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir və bu gün Azərbaycan qətiyyətli mövqe nümayiş etdirərək dünyanın siyasi, iqtisadi arenasına uğurla inteqrasiya etməkdədir. Forumda dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, eyni zamanda 52 dövlət və hökumət başçısı iştirak edirdi.
Forumda xarici şirkətlərin rəhbərləri və dövlət rəsmirləri ilə keçirilən məsuldar görüşlər ölkəmizin gələcək iqtisadi inkişafına öz müsbət töhfələrini verəcəkdir.
Qeyd edək ki, Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.
Bu gün Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, dünya dövlətləri ilə mövcud əlaqələrimiz daha da dərinləşməkdədir və ölkəmiz önəmli regional aktora çevrilib.
Xüsusilə qeyd etmək lazımdır ki, Tranzit ölkəsi olmaq üçün Azərbaycanda nəqliyyat infastrukturunun yenidən qurulması, inkişaf etdirilməsi və müasir tələblərə cavab verməsi üçun irimiqyaslı, uğurlu və yaddaqalan layihələr reallaşdırılmışdır. Eyni zamanda, iqtisadiyyatımızın inkişaf etdirilməsi sahəsində də məqsədyönlü və nəhəng işlər görülüb.
Azərbaycan Türkdilli ölkələrlə hər zaman həmrəylik nümayiş etdirmiş və obyektiv mövqe sərgiləyərək strateji tərəfdaş kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycanı Qərb qonşuları olan Gürcüstan və Türkiyə ilə, Şərq qonşuları olan Mərkəzi Asiya ilə qarşılıqlı etimada əsaslanan münasibət birləşdirir.
Azərbaycan-Türkiyə əlaqələri tarixində ikitərəfli münasibətlərin ən yüksək zirvəyə ucalması, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, türkdilli ölkələr arasında inteqrasya prosesinin geniş vüsət almasında Azərbaycanın körpü rolunu oynaması vacib amillərdən biridir və çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizin siyasi, iqtisadi potensialı Azərbaycanın regionda etibarlı tərəfdaş olmasına böyük zəmin yaratmışdır.
Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18

