Ulu Öndərin misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq
10.03.2023 [12:46]
“Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ötən illərə nəzər salarkən, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi olur. Belə ki, ölkəmiz dünyada layiq olduğu yerə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir”. Bu fikirləri YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov dilə gətirib.
Z.Hüseynovun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu müstəsna şəkildə özünün müstəqilliyi ilə fərqlənir: “Bu siyasət yalnız Azərbaycan xalqının maraqları, xalqın firavan gələcəyi naminə həyata keçirilib, dünyada gedən mürəkkəb proseslər fonunda təsdiqini tapıb”.
“İstər sovet dönəmində fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət etmiş, geridə qalmış aqrar respublikanı güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye ölkəsinə çevirmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır”, – deyə bildirən Z. Hüseynovun fikrincə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf yoluna çıxarılmasında böyük xidmətləri olub: “1990-cı illərin əvvəllərində, SSRİ-nin süqutu ərəfəsində – Azərbaycanda vətəndaş qarşıdurmasının vüsət aldığı, etnik separatizmin baş qaldırdığı, torpaqlarımızın işğal olunduğu, ölkənin anarxiyaya sürükləndiyi bir vaxtda Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıtmış, doğma Vətənin xilası, ölkənin müstəqilliyinin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirmişdir. 1990–1993-cü illərdəki fəaliyyəti öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi bunu sübut edir. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun təkidi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və milli dövlətçiliyin xilaskarına çevrilmişdir”.
Z.Hüseynov deyib ki, Prezident İlham Əliyev Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması da təsadüfi deyil: “2023-cü il mayın 10-da 100 illik yubileyini qeyd etməyə hazırlaşdığmız Ulu Öndər xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərmişdir. Müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi ilə milli inkişafın əsasları yaradılmış, daxili sabitlik, milli həmrəylik təmin olunmuş, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmışdır. Ulu Öndər Heydər Əliyev 1993–2003-cü illərdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olmuşdur”.
Ümummilli Lider Heydər Əliyevin fenomenal siyasətçi və dövlət xadimi olduğunu bildirən Z.Hüseynovun sözlərinə görə, Onun siyasi və dövlətçilik fəaliyyəti öz doğma xalqına sədaqətli xidmətin və onun yolunda hər cür fədakarlığa hazır olmasının əsl nümunəsinə çevrilib: “Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi bir qərinəyə qədər dövr ərzində daim ölkənin tərəqqisi üçün çalışıb, Azərbaycanı müstəqil dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb”.
“Ulu Öndər Heydər Əliyevin sayəsində tamamlanaraq milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi Azərbaycan xalqı qarşısında dayanan əsas vəzifələrdəndir. Şübhə yoxdur ki, gələcək nəsillər, dahi şəxsiyyətin zəngin irsindən səmərəli şəkildə bəhrələnəcəklər”, – deyə bildirən Zamir Hüseynovun fikrincə, Azərbaycan xalqı var olduqca Ulu Öndər böyük ehtiramla yad ediləcək, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

