Milli maraqlarımıza xidmət edən siyasət
17.03.2023 [14:28]
Prezident cənab İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Kansler Olaf Şolts ilə görüşdən sonra keçirlən birgə mətbuat konfransında qeyd etdi ki, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. İki ölkə arasında müntəzəm olaraq siyasi dialoq aparılır. Mətbuat konfransında Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında da danışan ölkə başçısı bu istiqamətdə çox önəmli addımların atıldığını qeyd etdi. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandum imzalanmışdır. Memorandumun sürətli və vaxtında icrası Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunun göstəricisidir.
Hazırda Azərbaycan Avropa məkanına qaz ixracatını artırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdisə, bu il həmin rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Gələcək illərdə ölkəmiz ixrac coğrafiyasını Avropada genişləndirmək niyyətindədir. Azərbaycan Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edir və ildən-ilə bu rəqəmlər artır. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan Avropanın 10 ölkəsindən qaz ixracatı ilə əlaqədar sifarişlər alıb. Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropa məkanına 20 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılır. Ölkəmizin qaz ixracatı təkcə Avropa məkanı ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda, Türkiyəyə və Gürcüstana da qaz ixrac edir. Belə olan halda gələcəkdə qaz ixracatını Avropa məkanına çatdırmaq üçün yeni kontraktların imzalanması mütləqdir.
Mətbuat konfransında Prezident cənab İlham Əliyev onu da bildirdi ki, hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən qazın Rumıniyaya da çatdırılmasına başlanılmışdır. Cari ilin sonunda ölkəmiz Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindədir. Bütün bunlardan əlavə, Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlar aparılır. Ölkə başçısı həmçinin Azərbaycana qaz sifarişi edən ölkələr sırasında Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya, eləcə də digər ölkələrin olduğunu da açıqladı.
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Prezident cənab İlham Əliyev iqtisadi məsələrlə bərabər Azərbaycan həqiqətlərinə də diqqət çəkdi. Ölkə başçısı xatırlatdı ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində Azərbaycan ərazisinin 20 faizə yaxını işğal altına düşmüş, bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuş və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. İki il yarım bundan əvvəl isə Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında bərpa etmişdir. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur. Hər zaman sülh tərəfdarı olan Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib, deyə qeyd edən Prezident cənab İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır.
Mətbuat konfransında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts da bildirdi ki, Almaniya öz mövqeyini aydın şəkildə bildirib və heç zaman Dağlıq Qarabağı respublika kimi qəbul etməyib və tanımayıb.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

