Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi
07.04.2023 [11:34]
Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının sədri
Şanlı Ordumuz nəyə qadir olduğunu 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 ildir icra olunmayan BMT qətnamələrini özü icra edərək, tarixi ədaləti bərpa etdi.
Əsgərlərimizin hər biri 44 gün ərzində böyük qəhrəmanlıq nümayiş etdirdi. Hətta Ordumuzun istifadə etdiyi uğurlu taktikalar dünyanın aparıcı ölkələrinin dərsliklərinə belə salındı. Əlbəttə ki, heç bir uğur təsadüfi deyil. Yaxın tarixə nəzər salsaq, Azərbaycan Ordusunun inkişaf dinamikasında da Ulu Öndər Heydər Əliyevin imzasını görmək olar.
Silahlı qüvvələrimiz hər il yeni silahlarla təchiz olunaraq qüvvətlənib. Heydər Əliyev Qarabağın işğaldan azad olunması üçün ordunun güclənməsi üçün bütün lazımi addımları atırdı. Uzaqgörən liderin Ordumuz haqqında 28 may 1999-cu ildə xalqa müraciətində dediyi söz bu gün də öz aktuallığını qoruyur: “Azərbaycan Milli Ordusu bu gün Azərbaycanı hər bir hadisədən qorumağa qadirdir, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin keşiyində durubdur”.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu prioritet sahə elan edildi. Ötən illər ərzində ordumuz ən müasir silahlarla təchiz edildi, hərbçilərimizin döyüş bacarıqlarının inkişaf etdirilməsi üçün beynəlxalq standartlara cavab verən təlimlər keçirildi. Dünyanın aparıcı ölkələrinin ordularınım döyüş və müharibə bacarıqları öyrənildi. Bütün bunların məntiqi nəticəsi isə özünü Vətən müharibəsində göstərdi. Hər il qüvvətlənən Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın “məğlubedilməz” hesab etdiyi ordusunu darmadağı etdi. Müharibə boyunca ən müasir silahlardan və hərbi texnikalardan istifadə edən əsgərlərimiz 30 ildir həsrətində olduğumuz Qarabağı işğaldan azad etdi. Ermənistanda onminlərlə fərari oldu, əsgərlər döyüş meydanını qoyub qaçdı, hətta Azərbaycan əsgərinin qarşısına çıxmaqdan qorxduqları üçün müharibəyə qatılmaqdan boyun qaçırdılar. Lakin Azərbaycanda bunların heç biri yaşanmadı. Vətənpərvər ruhda böyüyən gənclərimiz müharibəyə getmək üçün könüllü olaraq müraciət etdilər. Müharibə dönəmində bir nəfər belə fərari olmadı. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi:
“Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
Müharibəki zəfərimizdən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar bəzi ölkələri narahat edir. İran hətta Azərbaycanı təhdid edəcək qədər həddini aşdı. Ancaq Azərbaycanda dövlət-xalq birliyi, güclü orduya olan etibar ərazi bütövlüyümüzü, suverenliyimizi təhdid edən bütün qüvvələrə tutarlı cavabdır.
Xəbər lenti
Hamısına baxSiyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37

