Azərbaycanın beynəlxalq arenada mövqeyinin bariz nümunəsi
01.05.2023 [11:53]
Nurəddin İbrahimov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini, Siyasi elmlər üzrə fəlsəfə doktoru
Azərbaycanın Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rolu var. Avropa da öz növbəsində Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunun əyani təzahürüdür. Eyni zamana, Azərbaycanın enerji siyasəti beynəlxalq arenadakı mövqeyini, geostrateji təhlükəsizliyini daha da gücləndirir.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin dəvəti ilə aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfəri bir daha onu təsdiq etdi ki, Azərbaycanın Avropa, o cümlədən Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur.
Onu da xüsusi ilə qeyd etmək yerinə düşər ki, 2022-ci ildə istifadəyə verilən Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə Azərbaycan qazı Balkan regionuna daxil olur. Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaradıb.
25 apreldə hər iki dövlətin başçılarının iştirakı ilə Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında imzalan Anlaşma Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən etdi. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu sənədin imzalanması “Həmrəylik halqası” təşəbbüsünün həyata keçirilməsində mühüm addımdır. Bu yeni layihə iki ildən artıqdır ki, Cənub Qaz Dəhlizi sayəsində tərəfdaşlarımızın etibarlı və sabit enerji təchizatında strateji rol oynayan Azərbaycan qazının alternativ marşrutla yeni bazarlara çıxışını təmin edəcək. “Həmrəylik halqası” marşrutu və əməkdaşlığı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun icrasına töhfə verəcəkdir.
Anlaşma Memorandumunun imzalanması mərasimində bu Memorandum icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcəyini qeyd edən ölkə Prezidentimiz cənab İlham Əliyev qeyd edib ki, bu gün keçirilən mühüm mərasim əməkdaşlığımızın gücləndirilməsində atılan növbəti addım olacaq. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladılar. Onun əsasında, biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq.
Bəli, müstəqil Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsi açan bu anlaşma Azərbaycanın Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37

