Qürur anları
28.09.2023 [13:04]
Çoxdan gözlənilən tarixi gün gəlib çatdı. Sentyabrın 25-də Naxçıvana gələn Tükiyə Cümhurbaşqanı, Türk dünyasının önəmli dövlət başçısı və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak etdilər.
Bir sıra sənədlər imzalayan dövlət başçılarımız mətbuata bəyanatla çıxış edərək mövcud siyasi və iqtisadi vəziyyəti bir daha dəyərləndirdilər.
Ölkəmizin başçısı cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, Naxçıvan məlum təcavüz hadisələrindən sonra faktiki blokada şəraitində 15 il qazsız, işıqsız qaldı. Azərbaycanın əsas hissəsi ilə əlaqəsi tam kəsilmiş Naxçıvanın 90-cı illərdə işğal təhlükəsi vardı və bu təhlükəni yalnız Ümummilli lider Heydər Əliyev sovuşdura bildi və Naxçıvanı erməni təcavüzündən qorudu. Yalnız 2005-ci ildə İrandan mübadilə yolu ilə qaz alınması sayəsində Naxçıvana qaz verilmişdir.
Cənab Prezident qeyd etdi ki, “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.”
Bu layihənin reallaşması Türkiyə-Azərbaycan münasibətlərinin əlaqələrinin daha da inkişaf etməsinə imkan verməklə yanaşı, Naxçıvanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir.
Ölkəmizin enerji imkanlarından və potensialından söz açan cənab Prezident qeyd etdi: “Bir neçə gündən sonra, daha doğrusu, üç gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir və əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.”
Azərbaycanın son günlərdə həyata keçirdiyi antiterror əməliyyatına toxunan ölkə başçısı bildirdi ki, Azərbaycan 5 gün bundan əvvəl öz ərazi bütövlüyünü tam ölçüdə bərpa etmiş, Ermənistan Ordusunu 24 saat ərzində darmadağın edərək təslim olmağa məcbur etmişdir.
Qarabağda yaşayan erməniəsili vətəndaşların Azərbaycan cəmiyyətinə inteqrasiyasının uğurlu olacağına əmin olduğunu bildirən dövlətimizin başçısı dedi: “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.”
Bəli, qardaş Türkiyənin mənəvi və siyasi yardımı daim Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmişdir. Bunu Azərbaycan xalqı da, onun Müzəffər Lideri də yükəsk qiymətləndirir.
Bakı-Tbilisi-Qars dəmiryolunun logistika imkanlarından danışan cənab Preizdent bildirmişdir: “... yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Yəni, bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir.”
Cənab Prezidentin söylədiyi kimi, bu günlərdə sözün həqiqi mənasında tarixi anlar yaşayırıq. Ərazi bütövlüyümüzün bərpası, yeni layihələrə start verilməsi, Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə inkişafı bizə qürur duymaq imkan bəxş etmişdir. Təbii ki, bu anların yaşanmasında böyük rolu olan cənab Prezident İlham Əliyevin və sayın Cümhurbaşqanı Rəcəb Tayyip Ərdoğanın tarixi xidmətlərini xalqlarımız heç vaxt unutmayacaqdır.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

