Əlaqələr ən yüksək zirvədədir
29.09.2023 [13:12]
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu daim dünyanın diqqətindədir. Bu birlik, həmrəylik bir nümunə kimi qeyd edilir. Bu baxımdan Azərbaycan və Türkiyə Prezidentlərinin sentyabrın 25-də Naxçıvanda görüşü ölkə mətbuatında geniş müzakirə edilməkdədir. Reallıq budur ki, möhkəm təmələ əsaslanan bu dostluq 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha da möhkəmlənib, yeni istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar yaranır.
“Əziz qardaşım, bu, Sizin Naxçıvana ikinci səfərinizdir və səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək” söyləyən dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamı da xüsusi qeyd etdi ki, iki il bundan əvvəl Şuşa şəhərində Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə çox fəal dövrünü yaşayır: “Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.”
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Türkiyə Prezidentləri Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Səfər çərçivəsində münasibətlərimizin inkişafında hüquqi baza olan sənədlərin imzalanması oldu. Onlar arasında Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu xüsusi qeyd etmək istərdim. Dövlət başçısı İlham Əliyev imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirdi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişinin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə olduğu, əlaqələrimizə yeni təkan verəcəyi, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin ediləcəyi diqqətə çatdırıldı.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında Türkiyə-Azərbaycan əlaqələrinin dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədə olduğunu önə çəkərək qeyd etdi ki, “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Prezident seçkilərindən sonra ilk səfərini iyun ayında Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana etdiyini önə çəkən Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda olmaqdan böyük məmnunluq duyur. 2008-ci ildəki son səfərindən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə edib.
Qarşılıqlı səfərlər, imzalanan sənədlər, müzakirə edilən məsələlər əlaqələrin yeni prioritetlər üzrə inkişafında hər zaman əhəmiyyətli rol oynayır. Bu səfər də əlaqələrimizin inkişafında yeni mərhələ olacaq. Belə bir fikir daim vurğulanır ki, iki qardaş ölkənin qətiyyəti, siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri bölgədə sabitliyin və təhlükəsizliyin qarantıdır. Bu layihələr ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması hər iki dost ölkənin artan nüfuzunun, etibarlı tərəfdaş kimi mövqelərinin möhkəmlənməsinin göstəricisidir. Səfərin mahiyyətini, eyni zamanda, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəfləri özündə ehtiva edən Prezidentlərin mətbuata birgə bəyanatlarında iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar və onların fonunda əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi. Türkiyə-Azərbaycan birliyi ümumilikdə türk dünyası üçün önəmlidir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

