Cəbrayıl şəhəri günü qeyd olunub
04.10.2023 [18:51]
04 oktyabr tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və Bakı Biznes və Kooperasiya Kollecinin birgə təşkilatçılığı ilə “Cəbrayıl Şəhəri Gününə” həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olmuş ən gənc əsgər, Kollecin tələbəsi Zeynal İsmiyevin büstləri önünə tər gül dəstələri qoyulmuş, əziz xatirələri yad edilmişdir.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev bildirdi ki, 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Direktor vurğuladı ki, 1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar addım-addım bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. E. Allahverdiyev bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, xalqımızın bütün igid, qəhrəman əsgər və zabitlərinə minnətdar olduğunu bildirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev qeyd edib ki, Cəbrayılın işğaldan azad olunması tək qaçqın və məcburi köçkünlərimizin deyil bütün Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi ən böyük arzusu idi. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli hadisələr, qələbələr olduğunu söyləyən S. Vəliyev onların sırasında Cəbrayılın azad edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Bunun nəticəsidir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir.
Təşkilat sədri onu da vurğulayıb ki, məhz Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, düzgün siyasi iradəsi nəticəsində rəşadətli Azərbaycan ordusu daha bir antiterror əməliyyatı keçirərək cəmi 24 saat ərzində torpaqlarımızda həyata keçirilən separatizmi məhv etdi və əzəli torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması təmin edildi. Son antiterror əməliyyatları zamanı şəhid olmuş əsgərlərimizin içində ən gənc yaşda olan məhz Bakı Biznes və Kooperasiya Kollecinin tələbəsi Zeynal İsmiyev kimi igid qəhrəman şəhidlərimizin Vətən uğrunda göstərdikləri şücaətin bundan sonrakı nəsillər üçün də böyük nümunə olacağından şübhə doğurmadığı Samir Vəliyev qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30

