Önəmli təşəbbüslərin müəllifi
20.10.2023 [15:23]
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Bununla da tariximizə növbəti zəfər və qürur səhifəsi yazıldı. Ölkə Prezidenti verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdiyini böyük fəxr hissi ilə diqqətə çatdırdı: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.” Bu tarixi hadisənin cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümünə təsadüf etməsi böyük qürur hissi ilə vurğulanır. Bu illər ərzində hər bir vədini konkret əməli ilə təsdiqləyən Müzəffər Ali Baş Komandan çıxışlarında hər zaman belə bir əminliyi ifadə edirdi ki, Azərbaycan Bayrağı Şuşada, Xankəndində dalğalanacaq. Üç il bundan öncə 44 günlük İkinci Qarabağ müharibəsində Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın işğaldan azad edilməsi Ermənistanın məğlubiyyətini şərtləndirdi. Belə ki, iki gün sonra ölkəmizin hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. Tarixi Zəfərimizdən 3 il sonra, bu il oktyabrın 15-də qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanması qürurvericidir. 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atdığı uğurlu addımların nəticələri bir daha təsdiqləyir ki, dövlət başçısı İlham Əliyev nəyi deyirsə onu da edir. Aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünün, sentyabrın 19-da isə lokal antiterror tədbirləri nəticəsində qarşı tərəfin ağ bayraq qaldırması, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tarixin zibilliyinə atılması bütün ərazilərimizdə suverenliyimizin tam təmin edilməsi kimi tariximizə yazıldı. Ölkə Prezidentinin xalqa sözügedən müraciətində vurğulandığı kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Azərbaycan hər bir hədəfə doğru addım-addım irəliləyir. Tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətimiz bu hədəflərin reallığa çevrilməsində öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev xalqa müraciətində bu məqamı da qeyd etdi ki, Azərbaycan xalqı, əminəm dünya ictimaiyyəti də Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istədiyimizi bilirdi: “On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın.” Azərbaycan dövləti və xalqı bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Xankəndidə, Xocalıda, bütün işğal altında olan torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlının böyük arzusu idi. Təbii ki, bu günü yaxınlaşdırmaq və reallığa çevirmək böyük qətiyyət, səylər tələb edirdi. Azərbaycan bu illər ərzində gücləndi. Ölkəmiz dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Hər bir ölkənin müstəqil siyasətində iqtisadi amilin rolunu önə çəkən Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi təbii resurslarından səmərəli istifadə edərək reallığa çevirdiyi enerji layihələrində özünün aydın ifadəsini tapır. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsini stimullaşdırdı. Dövlət başçımızın Xankəndidən xalqımıza müraciətində vurğuladığı kimi, elə bir güclü ordu yaratdıq ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Rəşadətli Ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində, bu ilin sentyabrın 19-da cəmi 23 saat davam edən lokal antiterror tədbirlərində nümayiş etdirdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz həyatının dirçəliş mərhələsini yaşayır. Oktyabrın 17-də Füzulinin işğaldan azad edilməsinin üçüncü ildönümünü qeyd etdik. Bu tarixdə “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə cənab İlham Əliyev böyük qürur hissi ilə bildirdi: “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür.” Hazırda işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli də həyatının yeni mərhələsini yaşayır. Bərpa-quruculuq işləri yüksək səviyyədə həyata keçirilir. Bu ərazilərimizdə görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatıdır. Cənab İlham Əliyev oktyabrın 16-da Füzulidə bir çox sosial obyektlərin təməlqoyma mərasimində iştirak etdi. Arxada qalan hər gün Böyük Qayıdış Proqramının icrasının tam şəkildə başa çatmasını yaxınlaşdırır. İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı bir daha belə bir çağırışı özündə ehtiva edir ki, bu torpaqlar bizimdir və burada daimi olacağıq. Müzəffər Ali Baş Komandan İlham Əliyev füzulilərlə görüşündə belə bir çağırışı da etdi ki, biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bilməlidir ki, xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə, ordusuna və bu gün burada durub bu bayram gününü qeyd edəcəyinə inanıb.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

