Müstəqil Azərbaycan tarixi Zəfərin 3-cü ildönümünü qeyd etməyə hazırlaşır
27.10.2023 [11:10]
Bu gün hamımız 44 günlük müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərinin şahidiyik. 3 ilə yaxındır ki, nəhəng tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat yenidən canlanır, yeni iqtisadi sahələr yaranır. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsinə, məcburi köçkünlərin tezliklə el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Bu canlanma təkcə Azərbaycanın yox, ümumən bölgənin inkişafına təkan verəcək.
Müstəqil xarici siyasət, güclü iqtisadiyyat, müzəffər ordu, qalib ölkə imici ilə yeni dünya düzənində tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bu gün regionda əvəzsiz söz sahibidir. Bu reallıq onu göstərir ki, 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndərin layiqli davamçısı İlham Əliyevə səs verdi. Xalqın öz seçimində yanılmadığını Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoyması da sübut etdi. İkinci Qarabağ savaşında qazandığımız Zəfərimizin üçüncü ilini başımız dik, alnımız açıq, məğrur xalq kimi qeyd etməkdəyik.
Ən qürurverici hadisə isə odur ki, Azərbaycan Ordusunun sentyabrın 19–20-də keçirdiyi lokal antiterror əməliyyatlarının nəticəsi olaraq dövlətimiz Qarabağ iqtisadi rayonu ərazisində suverenliyini tam bərpa etdi. Bununla da son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində – Ağdərə, Əsgəran, Xankəndi, Xocalı və Xocavənddə dalğalanır.
Onu da xatırlatmaqda fayda vardır ki, müharibənin uğurla başa çatmasını şərtləndirən əsas amillər dövlətin malik olduğu resurslardan, ordunun döyüş qabiliyyətindən və mənəvi ruhundan asılıdır. Eyni zamanda istənilən hərbi fəaliyyətin başlıca uğuru məhz seçilmiş hərbi strategiya, taktika ilə bağlıdır. Bu isə sərkərdə məharəti deməkdir. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düzgün strategiyası sayəsində 30 il sürən həsrətə son qoyuldu, tarixi qələbə əldə edildi. Ermənistanın işğalı zamanı Azərbaycanın Qarabağ regionunun digər əraziləri də viran qoyulub, bütün yollar, evlər dağıdılıb, sərvətlərimiz talan olunub. Yerli əhalinin azad olunan bölgəyə qayıtması üçün əlavə tədbirlər planı da hazırlanır.
Xüsusilə qeyd etmək lazımdır ki, təxminən 30 il əvvəl erməni quldurları tərəfindən evlərindən qovulmuş, heç bir əşyasını belə götürə bilməyən Azərbaycan vətəndaşları dövlətin dəstəyi ilə tikiləcək müasir kənd və qəsəbələrə köçəcəklər. Qarabağın bərpasına dövlətin investisiya qoyması və xüsusi diqqət ayırması, işin təşkilinə və icrasına mühüm töhfə verir. “Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi”mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib. Erməni işğalından əziyyət çəkən insanların ağır şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlət başçısı vurğulayıb ki, onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın, Füzuli şəhərlərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar. 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də xalqın etimadını qazanaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağı vədini verən İlham Əliyev qısa zaman kəsiyində bunu nəinki Azərbaycana, bütün dünyaya sübut etdi. Bunu dünyanın aparıcı dövlətləri, siyasətçiləri, nüfuzlu media orqanları da təsdiqləyir.
Bu gün Azərbaycan keçmiş sovet məkanında ən qüdrətli dövlətlər sırasında yer alıb və tarixinin ən güclü dövrünü yaşayır. Azərbaycan xalqı 20 il öncə İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan tarixi Zəfərin 3-cü ildönümünü gələcəyə böyük inamla qeyd etməyə hazırlaşır.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

