Şuşa əməliyyatı: Düşmənə verilən BÖYÜK DƏRS!
13.11.2023 [12:16]
44 günlük vətən müharibəsi... Bu tarixi zəfər təkcə Azərbaycan xalqının 30 illik işğal altında qalan əzəli torpaqlarının azadlığa qovuşması tarixi deyil. Bu tarixi zəfər, həm də qüdrətli Azərbaycan ordusunun dünya hərb tarixinə qızıl hərflərlə həkk edilən döyüş dastanıdır. Vətən müharibəsinin ən kritik mərhələsi – Şuşanın azad olunması üçün aparılan qanlı əməliyyat dünyanın ən güclü ordulara sahib olan fövqəldövlətlərinin heyrətinə səbəb olmuşdu. Almaniya, ABŞ, İngiltərə mediası Şuşa əməliyyatı barədə yazırdı. Ordmuzun Şuşa zəfəri Avropanın aparıcı hərbi institutlarında, tətqiqat mərkəzlərində öyrənilirdi. Bəli, öz xaqlının iradəsi ilə əzəli torpaqlarını erməni faşizmindən qurtarmaq üçün cəngəvar kimi döyüşən əzəmətli Azərbaycan Ordusu dünya hərb tarixinə ŞUŞA DƏRSİ-ni yazdı.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında tarixi qələbəmizə diqqət çəkərək, Şuşa zəfəri barədə danışıb: “Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi.”
Şuşanın işğaldan azad edilməsi əməliyyatı gerçəkdən heyratamiz idi. Demək olar ki, yüngül silahlarla dərələrdən, meşələrdən, sıldırım qayalardan, dağlardan keçən şücaətli Azərbaycan əsgəri əlbəyaxa döyüşdə düşməni məhv etdi. Təsəvvür edin: Azərbaycan əsgəri artileriyyasız, sadəcə bıçaqla əlbəyaxa döyüşə girir, düşmənin 30 illik möhkəmlənmiş səngərlərini yerlə yeksan edir. Bu döyüş Qarabağın tacı olan Şuşanın azadlığı üçün aparılan tarixi döyüş idi. Şuşa döyüşü bir dövlət olaraq bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını təkcə düşmənə deyil, onların dünyadakı havadarlarına da göstərmiş oldu. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda yağı düşməndən azad olundu.
Nəhayət, 2020-ci ilin noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs sayılan bir məkandan - Şəhidlər xiyabanından Şuşanın işğaldan azad edilməsi ilə bağlı xoş müjdəni xalqımıza çatdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində tarixi çıxış etdi. 8 Noyabr tarixində həmin gün Prezident İlham Əliyev ata vəsiyyətinə əməl etdiyini və Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini bizlərə verdi: «Sən azadsan əziz ŞUŞA!». Müharibənin davam etdiyi 44 gün ərzində işğalda qalmış torpaqlarımızın düşməndən azad olunması müjdəsini dövlət başçısından eşidən xalqımız Şuşanın azad olunmasını xüsusi təntənə ilə qeyd etdi. Dövlətimizin başçısının hələ müharibənin gedişi zamanı Şuşasız bizim işimiz yarımçıq qalar deməsi, əslində, Şuşa şəhərinin timsalında bütün işğal olunmuş ərazilərimizin azad olunacağının anonsu idi. Məhz Qarabağın tacı sayılan, həm relyef həm də coğrafi cəhətdən alınmaz qala sayılan Şuşanın düşmən işğalından azad olunması xüsusi peşəkarlıq tələb edirdi.
Bəli, Şuşanın geri qaytarılması Vətən müharibəsində qələbənin əldə olunmasında həlledici rol oynadı. Onun azad olunması əməliyyatı da Böyük Vətən müharibəmizin zirvə nöqtəsidir. Şuşa döyüşünə qədər Ordumuzun qələbələrini inkişaf etmiş texnologiyalardan, döyüş vasitələrindən istifadə ilə bağlayırdılarsa, bu tarixi şəhər uğrunda gedən döyüş ilk növbədə hərbçilərimizin yüksək döyüş qabiliyyətinə malik olduğunu da danılmaz fakt olaraq ortaya qoydu. Mövqelərini qoyub qaçan, bir-birini güllələyən erməni faşistləri bu əzəmətin bariz nümunəsidir. 30 illik işğala son qoymaq, öz doğma xalqına qələbə sevinci bəxş etmək istəyən Azərbaycan oğullarının igidlik dastanıdır, Şuşa əməliyyatı.
Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər”. Bu fikirlər Ali Baş Komandanın Azərbaycan əsgərinin böyük qəhrəmanlıq mübarizəsinə verdiyi tarixi qiymətdir.
Bir sözlə, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının 8 Noyabr- Zəfər günündə Xankəndidə hərbi parad keçirməsi regionda sabitliyə maneə olmaq istəyən qüvvələrə önəmli bir mesaj olmaqla bir daha dünyaya nümayiş etdirdi ki, Qarabağ Azərbaycandır!. Və Ermənistan rəhbərliyi də əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o zaman Qalib, Müzəffər Azərbaycan Ordusunu gözləri önünə gətirməlidirlər. Heç bir qüvvə bizi təhdid edə bilməz! Və sülh müqaviləsini imzalamalı və sülhün qarşısında əngəl olmamalıdır. Əks təqdirdə dövlətimizin başçısının təbirincə desək “Dəmir yumruq” yerindədir. Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25

