Radikal müxalifətin aqoniyası
29.11.2023 [12:31]
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov
İllərin sınağından çıxmış politoloji təhlillər və praktiki təcrübə sübut edir ki, istənilən siyasi qurumun taleyi və prespektivi lider-ideya-təşkilat triadasının üzvi vəhdətinə hansı dərəcədə nail olmasından nəinki xeyli dərəcədə, hətta birbaşa asılıdır. Beləliklə, liderin vizyonundan qaynaqlanan ideoloji bitkinlik və tutarlılıq bir missiyanı reallaşdıracaq siyasi təşkilatın monolitliyini, rəqabətə davamlılığını və bütün bu amillərin sintezi isə bütövlükdə qurumun möhkəmliyini müəyyən edir. Lakin, gəlin görək bu klassik paradiqma özünü Azərbaycan radikal müxalifətinin lokomotivi hesab edən AXCP prizmasında necə deqraqasiyaya uğrayaraq indiki miskin formasını alıb.
İlk növbədə heç şübhəsiz lider problemi gəlir. Kimdir bu quruma 20 ildir rəhbərlik edən şəxs? Sahib olduğu karyeranı təpədən dırnağa borclu olduğu rəhbərinə xəyanət edən, onunla qurultaylarda demokratik rəqabətdən çəkinib gizlicə ayağının altını qazan, haqqında olmazın çirkin şaiyələri KİV-ə ötürüb partiyadaxili “firqəçilik” edən siyasi reneqat Əli Kərimli. Yalnız belə bir siyasət dəllalının rəhbərliyi altında Azərbaycanın ən stajlı siyasi təşkilatı bu gün tamamilə marginallaşaraq elektoratını tamamilə itirib sıradan bir QHT səviyəsinə düşə bilərdi. Dövlətinin heç bir uğuruna sevinməyən, cəmiyyətdəki heçbir proqressiv layihəyə dəstək verməyən, özü də buna bənzər bir konsepsiya ilə çıxış etməyən, sıravi üzvlərini qabağa verib onların arxasında gizlənərək, heç bir əhəmiyyətli ictimai-siyasi aksiyada şəxsi nümunə ortaya qoya bilməyən yalançı liderliyin sonu məhz belə də olmalıydı. Uğursuz siyasətçinin taleyi tərk olunmaq və tək qalmaqdır.
Samballı siyasi təşkilatlar proseslərə münasibəti tutarlı ideoloji doktrinasına söykənərək sahib olduğu dəyərlər süzgəcindən keçirir və geniş kütlələrə çağırışını məhz bu prizmadan edir. Qırmızı xəttləri olmayan, öz fəaliyyətini yalnız situasional reflekslər üzərində quran bir siyasi hərəkat heç bir perspektiv vəd etmir və obyektiv olaraq məhvə məhkumdur. Misal üçün, AXCP-nin siyasi yelpazənin sağındamı, solundamı, mərkəzindəmi yer aldığından heç bir sıravi üzvünün yəqin ki, xəbəri yoxdur. Çünki bu partiyanın hakimiyyəti tənqid ritorikasında ideoloji heç bir komponent yoxdur. Bütün tənqid sistemi şaiyə, qeybət, çayxana söhbətləri, böhtan və ən əsası iqtidara qarşı kor və izaholunmaz nifrət üzərində qurulub. Məhz həmin bu nifrətdir ki, vaxtilə bu qurumun gənclər birliyi sədrini Tiflisdə erməni xüsusi xidmət orqanlarından pul alaraq Bakıda ixtişaşlar törətməyə sövq edib. Elə həmin nifrət onları ölkələrində şəriət dövləti qurmaq istəyən radikal islamçılarla işbirliyinə həvəsləndirib. Azərbaycanın ailə dəyərlərinə, sosial-ənənəvi birgə yaşayış strukturuna daban-dabana zidd olan LGBT-çiləri, feministləri himayə etməsi bir yana, xarici siyasət məsələlərində bir çox tezisləri dünya erməniliyi ilə üst-üstə düşən bir partiyanın ölkəmizin siyasi konfiqurasiyasında yer alması nə dərəcədə məqsədəuyğundur? Onun sıralarının gündən-günə seyrəlməsi elektoratın verdiyi cavab və məntiqi sonluq deyilmi?
Yuxarıda sadalananları nəzərə alsaq, bu səviyyədə marginallaşmış bir gürühun bütöv və monolit siyasi təşkilatından söhbət gedə bilərmi? Bu günlərdə AXCP-də siyasi fəaliyyət göstərməyin perspektivsizliyini anlayan Pərvin Hüseynli, Seymur Əhmədzadə, Tərlan Babayev kimi funsionerlərin sayı heç sübhəsiz durmadan artacaq. Aydın həqiqətdir ki, beş milyon seçicisi olan ölkədə “Siyasi partiyalar haqqında” qanunun tələbi kimi beş min üzvlük reyestr siyahısını verməkdə çətinlik çəkən, təşviqat ümidini Osmanqızı tv kimi üzdəniraq youtube kanallarına bağlayan bir təşkilat məhvə məhkumdur. Bu acı həqiqəti vaxtilə ümidini Əli Kərimliyə və onun partiyasına bağlamış digər sıravi üzvlərin də bir an öncə dərk etməsi və dövlətçilik mövqeyindən tamamilə uzaq düşmüş bu marginal qurumu tərk etməsi artıq tarixi zərurətə çevrilib. Ziyanın yarısından qayıtmaq da faydalıdır və biz onları gec də olsa qurulmaqda olan yeni Azərbaycanın fəal iştirakçısı olmağa çağırırıq!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31

