/ / "İdeoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu”na həsr olunmuş toplantı keçirilib
"İdeoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu”na həsr olunmuş toplantı keçirilib
30.11.2023 [11:21]
29 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində “Rayonda ideoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu”na həsr olunmuş toplantı keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Rayon İcra Hakimiyyətinin, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə və təşkilatların rəhbərləri, gənclər və ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov rayonda aparılan ideoloji maarifləndirmə işlərindən danışaraq bildirib ki, Xocavənd rayonu ideoloji maarifləndirmə işlərinin təşkilində daim Respublikada ön sıralarda qərarlaşıb və bu gün də öz yerini qorumaqdadır. Vüsal Hüseynov bildirib ki, bütün nailiyyətlərin əldə olunmasında bilavasitə rayon rəhbərliyinin, eləcə də bu sahədə yorulmadan çalışan gənclərin əməyi dayanır.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirib ki, bu gün müasir dünya bizdən daha operativ və novator yanaşma tələb edir. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi, demokratiyanın bərqərar olduğu, ərazilərimizin işğaldan azad olunduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilib. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkən başçı təbliğat işində Ulu Öndərin irsinin, Cənab Prezidentin siyasətinin, Müzəffər Ali Baş Komandan-xalq-ordu birliyinin, Vətən Müharibəsi Zəfəri, Azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik mövzularına geniş yer verilməli olduğunu bildirdi. Başçı təbliğat işlərində gənclərin yaxından iştirakının vacibliyindən danışaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri müstəsna rol oynayıblar. Gəncləri Azərbaycan həqiqətləri, tarixi, bu günü, mədəniyyəti, milli-mənəvi dəyərləri, ölkəmizin inkişafı, həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırdı. Xocavənd gənclərinin hər zaman öndə olduğunu qeyd edən başçı çıxışında gənclərimizin informasiya müharibəsində bundan sonra da əzmlə çalışacaqlarına əminliyini ifadə etdi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva cari ildə rayonda aparılan ideoloji maarifləndirmə işləri barədə hesabatını təqdim edib. Ə.Quliyevanın çıxışı statistik rəqəmlərin əks olunduğu təqdimatla müşayiət olunub. Başçının müavini diqqətə çatdırıb ki, ötən illərdə olduğu kimi cari ildə də rayonda ideoloji işin təşkili sahəsində müəyyən nailiyyətlər əldə olunsa da, bəzi nöqsanlar da mövcuddur. Ə.Quliyeva iştirakçıları bir daha ideloji maarifləndirmə işlərinə diqqəti artırmağa, eyni zamanda bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına səsləmişdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31

