Etibarlı tərəfdaş
15.12.2023 [11:53]
Ölkəmizin enerji sahəsində gələcək planları qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Azərbaycanın əsas iqtisadi hədəflərindən biri də bərpaolunan enerji növləri ilə bağlıdır. Bununla əlaqədar olaraq 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə ölkəmiz tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı da Prezident cənab İlham Əliyev bu mövzuda fikir bildirərkən qeyd etdi ki, Azərbaycanın zəngin neft və qaz resursları olmasına baxmayaraq, ölkəmiz öz gələcəyini təmiz yaşıl enerjinin istehsalında və ixracında görür.
Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Ölkəmiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Strateji əhəmiyyət kəsb edən neft kəmərləri olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Həmçinin uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Məhz bütün bunların nəticəsi olaraq Avropa Komissiyası ölkəmizi etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir. Bu əsasda ölkəmizin Serbiya və Bolqarıstanla da çox yüksək əlaqələri formalaşmışdır. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyəti ölkələrimizin sənaye inkişafına böyük töhfə verəcəkdir.
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radevi çıxışında ölkəmizlə əlaqədar vacib mesajlar səsləndirilmişdir. Bolqarıstan Prezidenti bildirmişdir ki, ölkələrimiz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmir. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. Bu, ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru Avropanın enerji xəritəsini dəyişdirir və yalnız iştirakçı ölkələr üçün deyil, bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir.
Məhz bu interkonnektor sayəsində Bolqarıstan, Azərbaycan qazını qəbul edə bildi. Bununla bağlı hələ on il öncə anlaşma əldə edilib. O vaxt Bolqarıstan nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdi. Bolqarıstan Prezidenti Rumen Radevi öz çıxışı zamanı Prezident cənab İlham Əliyevə öz təşəkkürünü bildirərək qeyd etdi ki, Azərbaycan bütün anlaşma və razılıqlara ciddi yanaşır. Bolqarıstan Prezidenti onu da vurğuladı ki, o avropalı həmkarları ilə görüşlərində Azərbaycanın etibarlı tərəfdaş olduğunu hər dəfə bildirir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29

