Zəfərə aparan yol
20.01.2024 [13:09]
Ölkəmizdə baş qaldıran milli azadlıq hərəkatını boğmaq məqsədilə törədilən, suverenliyimizə siyasi-hərbi təcavüz olan 20 Yanvar hadisələri göstərdi ki, Azərbaycan Vətən, torpaq yolunda canından keçməyə qadir qəhrəmanların yurdudur. Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. O zaman 130-dan çox insan həlak oldu, 744 nəfər yaralandı, onlarla insan itkin düşdü, dinc əhaliyə qarşı qeyri-insani qəddarlıq tətbiq edildi. Hadisələrin səhəri günü ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən Ulu Öndər Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bildirdi, qanlı faciəni pislədi, günahsız, silahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş bağışlanılmaz cinayət adlandırdı. 21 yanvarda Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirilən mətbuat konfransında çıxış edən Ümummilli Lider xalqımıza qarşı qətliamı törədənləri cəsarətlə ittiham etdi. Müdrik şəxsiyyət Heydər Əliyev “Azərbaycanda baş verən hadisələrə gəlincə mən onları demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm” bildirmişdir. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu istiqamətdə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycannın müstəqilliyinin təmin edilməsi yolunda canlarından keçən şəhidlərimizin xatirəsini əziz tutaraq müstəqilliyimizin əbədiliyinin, sarsılmazlığının qorunması üçün xilaskarlıq missiyasını uğurla yerinə yetirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyaya Günəş kimi doğdu. Xalqımız sözün əs mənasında müstəqilliyin sevincini yaşadı. 1993-2003-cü illər Azərbaycanın müstəqillik tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin müqayisəli təhlili bu reallığı təsdiqləyir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması ondan da çətindir. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Ümummilli Lider zəngin idarəçilik təcrübəsi, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini əbədi etdi. Son 20 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı Zəfər tarixi bütün uğurlarımızın zirvəsi olmaqla bir daha təsdiqlədi ki, xalqımız yenilməzdir, məğrurdur. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ölkə Prezidentinin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29

