Azərbaycan sülh prosesinə hər zaman sadiqdir
05.03.2024 [12:27]
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı görüşdə alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşləri məmnunluqla xatırladaraq, indi də böyük nümayəndə heyətinin ölkəmizə səfər etməsinin önəmindən bəhs edərək, bu səfəri yüksək qiymətləndirib. Əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
“Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, bununla bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Dövlətimizin başçısı çıxışında ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini təmin edərkən, digər ölkələrin atdığı addımlardan fərqli heç bir addım atmadığını, bu gün ikili standartların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrildiyini təəssüf hissi ilə qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın sülh prosesinə hər zaman sadiq olduğunu bildirib. Dövlətimizin başçısı həmcinin diqqətə çatdırıb ki, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edən də məhz ölkəmiz olub.
Ölkə başçısı çıxışında Azərbaycan həqiqətlərini, mövcud reallıqları, ermənilərin illər boyu ölkəmizə, xalqımıza törətdiyi vəhşiliklərdən, hərbi cinayətlərdən bəhs edərək qeyd edib ki, Ölkəmizin əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı.
Görüşdə Azərbaycana qarşı sərgilənən qərəzli münasibətdən, ikili standartlardan bəhs edən, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsinə münasibət bildirən Prezident İlham Əliyev təəssüf hissi ilə bildirib ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Ölkə başçısı Almaniya Kanslerinin qərəzsizlik nümayiş etdirdiyini, onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istədiyini və bunu nümayişkaranə və məqsədyönlü şəkildə etdiyini açıq şəkildə bildirib. Cənab Prezident bu qərəzli münasibətdən sonra Azərbaycanın bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəldiyini, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, ölkəmiz Avropa Şurasından tamamilə çıxmaq barədə məsələyə ciddi şəkildə baxa biləcəyini bəyan edib.
“Azərbaycanın özünü təmin edən ölkədir”, - deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55

