Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətən Müharibəsi Qəhrəmanı: “Parlament seçkilərinin Azərbaycanın bütün ərazisində keçirilməsi qürurvericidir”

Vətən Müharibəsi Qəhrəmanı: “Parlament seçkilərinin Azərbaycanın bütün ərazisində keçirilməsi qürurvericidir”

18.08.2024 [14:15]

“Parlament seçkilərinin Azərbaycanın bütün ərazisində keçirilməsi və bütün vətəndaşlarımızın öz doğma torpaqlarında səs verə bilməsi çox sevindirici və tarixi bir hadisədir. Bu il fevralın 7-də Prezident seçkilərinin bütün ərazilərimizdə keçirilməsi bizi necə qürurlandırmışdısa, bu gün parlament seçkiləri də bizə o cür qürur hissləri yaşadır”.

Bu fikiriləri  “Seçki 2024”  Müstəqil Media Mərkəzinə açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov deyib.

O bildirib ki, ilk dəfə olaraq xalqımızın bütün nümayəndələri parlament seçkilərində öz doğma torpaqlarında yaradılmış seçki məntəqələrində rahat və azad şəkildə öz namizədlərinə səs verəcəklər.

“Şəhidlərimizin qanı, qazilərimizin canı bahasına zəfər qazandıq. Bütün bir xalq olaraq düşmənin başını dəmir yumruqla əzdik. Bu gün şəhidlərimizin ruhu şaddır ki, onların qanı yerdə qalmadı, qisasları alındı, onların uğrunda canlarını verdiyi torpaqlar azaddır. Bunun bir parçası olmaq bizi qürurlandırır və hər zaman Azərbaycanımızın bu cür azad, bütöv, güclü və qüdrətli olmasını arzu edirəm”, - deyə Vətən Müharibəsi Qəhrəmanı əlavə edib.


 

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31