/ / BMT Baş Məclisi Qafqazlardan doğan sülh günəşinin dünya üçün yeni bir həyati şans yaratdığına şahiddir...
BMT Baş Məclisi Qafqazlardan doğan sülh günəşinin dünya üçün yeni bir həyati şans yaratdığına şahiddir...
26.09.2025 [13:11]
Artıq neçə gündür ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası keçirilir. Dünya liderləri o uca tribunadan çıxış edərək planetimizin bu günü və gələcəyinə dair mesajlar verir, öz dəyərli fikirlərini, irad və təkliflərini bölüşürlər. Heç şübhəsiz ki, həmin tədbirdə Prezident İlham Əliyevin nitqi çox fərqli, maraqlı və zənginliyi ilə seçildi. Onun tərəfindən verilən mesajlar sadəcə Azərbaycan üçün deyildi, o dəyərli sözlər həm də bütün bəşəriyyətin gələcəyinə işıq tutan böyük dövlət xadiminin hamı üçün çox faydalı ola biləcək məsləhət və tövsiyələri idi. Dünən insanlıq dünya səviyyəli bir dövlət ağlının çözülməsi faktiki qeyri-mümkün görünən problemləri qrossmeyster ustalığı, zəkası ilə necə həll etdiyinin həm də bir növ tarixçəsini eşitmiş oldu. Prezident İlham Əliyev BMT-nin ali kürsüsündə öz dərin məzmunlu çıxışı ilə ölkə, ümumbəşəri, o cümlədən də regional məsələlərlə bağlı çox aydın, onların həllinə məntiqli yanaşması ilə bir daha insanlığa sözün əsl mənasında master klass keçdi.
Cumhurbaşkanımızın ilk cümləsi həqiqətən də çox-çox önəmli, tutarlı və hədəfə yönəlmiş çox sərrast ifadə idi. Dövlət Başçısı həmin dəyərli sözləri ilə ona işarə etdi ki, burada əvvəllər çıxış edərkən Ermənistanın ərazilərimizi işğalından, qaçqın və məcburi köçkünlərimizlə bağlı problemlərdən danışardım. Amma indi münaqişə bitib. Yeni bir reallıq yaratmışıq. Hörmətli Prezidentimiz 30 il ərazilərimizin işğalına göz yumanlara öz kəsərli sözünü deməklə yanaşı, əzilən xaqlara, zülmə, istismara, işğala məruz qalmış ölkələrə ümid ola biləcək ismarışlar da verdi. Biz təslim olmadıq, əyilmədik, dik durduq, milli qürurumuzu qoruyub saxlamağı bacardıq və haqsız işğala son qoyduq. Haqsızlıqla barışmadıq. BMT, ATƏT başqda olmaqla beynəlxalq təşkilatların bizim ən ağrılı problemimizə faktiki laqeyid münasibətinə rəğmən ədaləti özümüz bərpa etdik və bu mənada hamıya nümunə olduq. Cənab Prezidentin ilk cümləsini çıxışı dinləyən, o salonda olan və yaxud olmayan hər kəs belə başa düşdü: Əsla ədalətsizliyə, zülmə, işğala boyun əyməyin, haqqınızı qoruyun!
Bir məqamı xüsusi ilə vurğulamaq istərdim ki, xarici siyasətimiz tam praqmatik ənənlər üzərində qurulub. Biz regionda və dünyada sülh və ümumbəşəri barış üçün səylə çalışan dövlətik. Əlbəttə, bu məsələdə öz qatqısı olan ölkələrin rolunu və iştirakını, səylərini də alqışlayırıq. Məsələn: ABŞ Prezidenti cənab Donald Trampın ikinci prezidentlik dövrü başlayandan bəri dünyada sülh üçün atdığı addımları, həmçinin ölkəmizlə əlaqələrin inkişafına verdiyi töhfələri Azərbaycan təbii ki, yüksək qiymətləndirir. Bu il avqustun 8-də Vaşinqtonda Ermənistanla əldə olunmuş və bilvasitə cənab Trampın şahidliyi ilə imzalanmış razılşamlar təkcə region üçün deyil, bütün qitə və dünya üçün müstəsna əhəmiyyətli tarixi sənədlərdir. TRİPP marşurutu, yəni Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razlaşmalardan hamı faydalanacaq. Mən bu məqamda bir fikri özəlliklə qeyd etmək istərdim. Azərbaycan Prezidenti Zəngəzur dəhlizi məsələsini gündəmə gətirəndə bəzi regional və qeyri-regional dövlətlər buna qarşı çıxan bəyanatlar verirdilər. Prezident İlham Əliyev dərin strateji zəkası, səbri, taktiki gedişləri və dövlət xadimi kimi çox yüksək bacarıqları ilə bütün bu oyunları ciddi qarşıdurmalar yaratmadan həll etdi. Sadəcə bu faktın özü sübut edir ki, Azərbaycan və bütün türk dünyası necə bir dahi şəxsiyyətə, əsl müdrik dövlət xadiminə malikdir. Hazırda yol göstərən, bizim türkcəmizlə desək cözüm ürətən lider sayı dünyada təəssüf ki, çox deyil. Azərbaycan və Türkiyə liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan gerçəkdən də bəşəriyyətə tarixi xidmətlər, o cümlədən də doğru yolu göstərən dövlət xadimləridir. Bu mənada bizim birliyimiz, sarsılmaz tellərlə bir-birimizə bağlılığımız, həmrəyliyimiz və xalqa xidmətə əsaslanan siyasi iradəmizin özü belə hamıya örnəkdir. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa dövlətlər sadəcə mövcud deyil.
Azərbaycan sürətlə inkişaf edir, iqtisadi göstəriciləri ildən ilə daha da yaxşılaşır. Ölkəmiz Avropanın indiki ağır durumunda onun enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Avropalılar da Azərbaycanımızın onlara sağladığı bu faydanı gərək lazımınca qiymətləndirsinlər. Bilirsiniz, bu işlər sadəcə sözlə, lafla olmur. Azərbaycan müstəqil siyasi kursuna görə illərlə basqı altında olub. Ancaq bu basqılara dözüb və öz yolundan, siyasətindən geri durmayıb. Bəzən bəzilərinə elə gəlir ki, bunlar rahat, asan olan məsələlərdir. Əsla belə deyil. Bu nailiyyətlərin arxasında çox böyük zəhmət, dəmir iradə və bacarıq dayanır. Azərbaycan xalqı, türk dünyası, bəşəriyyət Prezident İlham Əliyevin hər addımında sadaladığım keyfiyyətləti çox yaxşı görür və yüksək qiymətləndirir. COP 29, Qoşulmama hərəkatındakı uğurlarımız sadəcə bizim üçün deyildi, hamıya faydalı olan nailiyyətlətdir.
Bir sözlə Qafqazlardan doğan sülh günəşinin işığı indi dünyanı daha aydın yola istiqamətləndirir. Hələ biz yolun əvvəlindəyik. Çox qısa zamanda Asiyadan Avropaya uzanan “Orta dəhliz” üzərindəki hər bir ölkə, xalq ondan faydalanmağa başlayanda görəcək və başa düşəcək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hansı miqyasda olan bir tarixi qərar verərək onu reallığa çevirib. Heç şübhəsiz ki, bu gün olduğu kimi gələcəkdə də praqmatik dünya tarixin bu həlledici, yeni dünya düzəninin qurulduğu dövründə Qafqazlara sülhü gətirən, sülh gündəliyini yaradan Azərbaycana, onun Böyük Liderinə mütləq minnətdar olacaq.
Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi
Türkiye-Azerbaycan Dostluq Emekdaşlık ve Xemreyliq Fondu İdare heyeti üzvü
Xəbər lenti
Hamısına baxDünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15

