“Qarabağ”- “Nant”- 3:0 - Darmadağın!
17.09.2022 [10:50]
Prezidentin təbrik etdiyi oyunda UEFA-nın əsirgədiyi 1 dəqiqəni sükuta çevirən azarkeşlər
Günel ABBAS
Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı layiqincə təmsil edən Ağdamın “Qarabağ” klubu hazırda Avropa Liqasında öhdəsinə düşəni artıqlaması ilə yerinə yetirir. “Qarabağ”ın simvolunda görürük ki, hər il təkrarlanan uğurlar bir öncəkinin təsadüfi deyil. Bu mənada UEFA bayrağı altında baş tutan belə bir oyunda Avropada Azərbaycanın “Qarabağ” klubu ifadəsinin səslənməsi olduqca qürurvericidir. Ümumilikdə “Qarabağ”ın budəfəki ev oyunu həm azarkeşlər, həm də bütün Azərbaycan üçün tamam başqa məna ifadə edirdi. Bu oyunda xalqımız “Qarabağ”dan hər zaman olduğundan ikiqat ümidli idi. Bunun da öz obyektiv və subyektiv səbəbləri var. Oyundan bir gün əvvəl “Nant”ın baş məşqçisi Antuan Kombuare komandanın ölkədə nə qədər sevildiyini nəzərə alıb açıqlama vermişdi. Bildirmişdi ki, heç vaxt azarkeşin matçı qazandığını görməyib. Ardınca verdiyi daha bir açıqlamada “Qarabağ”ın məşhur komanda olduğunu bildiyini və komandanın ölkədəki vəziyyətə görə daha istəkli oynayacağını demişdi. Həm “Qarabağ”, həm də azarkeşlər bu birliyi Fransa klubuna yetəri qədər nümayiş etdirdilər. Oyun boyu sükutla dəstəyi sistemli şəkildə tənzimləyən azarkeşlər rəqibə bu sevginin önəmini də dərk etdirdilər.
Digər məsələlərdən biri oyuna bir neçə gün qalmış Ermənistanın sərhəddə törətdiyi təxribatlar və şəhid xəbərlərinin gəlməsi idi. Ancaq bu, komandanın azarkeşlərini ruhdan salmamış, əksinə ermənipərəst mövqe sərgiləyən rəqiblə oyuna dəstək verməyə sövq etmişdi. Ən önəmli səbəblərdən biri UEFA-nın mövqeyi ilə bağlı idi. Belə ki, 71 (15 sentyabra olan məlumata görə -red.) şəhid xəbərinin ardından komanda UEFA-ya oyundan öncə bir dəqiqəlik sükut istəyi ilə bağlı müraciət etmişdi. UEFA bu müraciətə rədd cavabı verərək, klubun narahatlığının başadüşülən olduğunu, amma bunun futbolla əlaqəli olmadığını bildirmişdi. “Qarabağ”ı ən ülvi hisslərlə sevən, hər zaman, hər yerdə dəstəkləyən və oyundan cəmi bir neçə saat əvvəl 21 şəhid xəbərini alaraq stadiona gələn azarkeşlər bu yerdə də səssiz qalmadı. Hakimin fiti çalınmazdan bir dəqiqə əvvəl sükut edən stadionda, fit çalınandan sonra “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndi. Bu, həm də Azərbaycanın bütün platformalarda ikili standartlara məruz qalmasının və öz ədalətini özünün bərpa etməsinin daha bir nümunəsi idi. Sırf bu səbəbdən stadiondakı hər kəs futbolçulara inamlı idi.
Şəhid xəbərləri komandamızdan da təsirsiz ötüşməmişdi. Qurban Qurbanov bütün platformalarda təcavüzkar Ermənistana dəstək olan Fransa klubunun qarşısına öz döyüşçülərini - “Köhlən atlar”ı çıxarmışdı. Bunun nəticəsidir ki, ilk 45 dəqiqədə mübarizə ən pik həddə idi. “Qarabağ” rəqibin qollarını qapıdan yan keçirmək üçün döyüşürdü. Yaxşı ki, bu mübarizə öz nəticəsini verdi. İlk yarını 0-0 hesabı ilə bitirən “Qarabağ” ikinci hissədə oyunu ələ alaraq azarkeşləri anidən gələn qolla sevindirdi. İlk qolla hesabı açan Ovusu bu sevinci Qurban Qurbanovu qucaqlayaraq bölüşdü. Bayaqdan günün anlamına uyğun olaraq qara geyimdə, kefsiz halda dayanan baş məşqçinin də, azarkeşlərin də ürəyinə su səpildi. Bu, həm də 10 dəqiqə içində gələn növbəti iki qola cığır açdı. Belə ki, komandamızın oyunçuları Zubir və Yankoviç rəqibə ard-arda iki qol vurdu. Oyunun sonlarına doğru komanda qapını qoruyaraq hesabın öz xeyrinə 3-0 bitməsinə nail oldu. Oyunun nəticəsi bütün Azərbaycanın son günlərdə keçirdiyi kədərini sevinc göz yaşları ilə yudu. Bu həm də “oyunu azarkeşlər qazanmır” deyən kluba yaxşı dərs oldu. Bu, “siyasəti futbola qarışdırmaq olmaz” deməsinə baxmayaraq stadionda “peace-mir” ifadələrini əks etdirən UEFA-ya yaxşı nümunə oldu. Avropa da Azərbaycanın öz hüquqlarını bərpa etməsinə, Fransanın “Nant” klubunu stadionda darmadağın etməsinə şahid oldu.
Oyun sonrası hər kəsin sevincinə səbəb olan əsas məqam Prezident İlham Əliyevin rəsmi tvitter hesabından etdiyi paylaşım idi. Ölkə başçısı rəqib ölkənin Ermənistana göstərdiyi açıq dəstək mövqeyi, eləcə də baş verən digər hadisələr fonunda Azərbaycan xalqının və rəhbərliyinin “Qarabağ”la bağlı qürurunu dünyaya birbaşa öz vasitəsilə də duyurdu. Dünya anladı ki, Azərbaycanı boş-boş ermənipərəst mövqelərlə qıcıqlandıran Fransa darmadağın oldu! Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəsmi instaqram səhifəsində “Qarabağ Azərbaycandır” həştəqi ilə Prezident İlham Əliyevin sözügedən tvitini paylaşdı.
İndi azarkeşlər Fransada keçiriləcək cavab oyununa köklənib. Burada iki məqam diqqət çəkir. Əvvəla ev oyununda qalib olan “Qarabağ”ın bu performansı səfərdə də göstərməsi gözlənilir. Digəri ermənilərin öz dilindən təxribatlarla bağlı söylədiyi fikirlərdir. Məlumata görə, Fransada yaşayan ermənilər cavab oyunu üçün bir sıra təxribatlara əl atmaq barədə düşünür, planlar hazırlayır. Hər nə qədər ikili standartların hökm sürdüyü dünyadan ədalət gözləməkdən vaz keçsək də, ümid edirik, ən kiçik addımımıza sərt reaksiyalar verən UEFA bu məsələ ilə yaxından məşğul olacaq.
Sonda möhtəşəm və lazımi qələbəni şəhidlərə həsr edən baş məşqçimiz Qurban Qurbanova da xüsusi təşəkkür etməliyik. Hazırda kifayət qədər yaxşı kollektiv olan “Qarabağ”dan digər oyunlarda da uğur gözləyirik. Təbriklər Qarabağ! Təbriklər Azərbaycan! Ümid edirik ki, bu gün azarkeşlər “Qarabağ” Azərbaycan futbolunun üz ağıdır deyirsə, gələcəkdə “Qarabağ” Avropa Liqasından böyükdür deyəcəklər. “Qarabağ” bu performansı göstərməyə də, bu ünvana da layiqdir!
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

