Azərbaycan türkdilli dövlətlərə inteqrasiyanın sütunu kimi
27.02.2023 [18:15]
Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanla hər sahədə iş birliyinə hazırdır
Günel ABBAS
Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsi hazırkı dövr üçün əhəmiyyətlidir. Azərbaycan hər zaman olduğu kimi bu gün də əlaqələrin genişlənməsinə xüsusi diqqət göstərir. Artıq uzun müddətdir ki, türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyini müşahidə edirik. Təmasların mütəmadi xarakter almasında Azərbaycan liderinin fəaliyyəti danılmazdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir. Dövlət başçısı bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.
Təbii ki, türkdilli dövlətlər arasında sıx təmasların qurulması bəzi kənar dairələrin maraqlarına ziddir. Ona görə də bunun digər dövlətlər tərəfindən normal qarşılanmaması anlaşılandır. Azərbaycan Prezidentinin türkdilli dövlətlərin başçıları ilə istər telefon danışıqları, istərsə də canlı görüşləri bütün türk dünyası ilə münasibətlərin yüksələn xətlə daha da inkişaf etməsində böyük rol oynayıb. Elə türk dilli dövlətlər də bu əlaqələrin daim inkişafda olması üçün müxtəlif tədbirlər keçirməyə maraqlıdır.
Bu tədbirlərdən biri də “Şimali Kipr Türk Cümhuriyyəti tarixin yeni mərhələsində: Türk dilli dövlətlərə inteqrasiya fonunda təhsil və turizm imkanları ilə tanışlıq” mövzusunda baş tutan toplantı idi.
Tədbirin təşkilatçılarından Mətanət Ağamirli bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti 2022-ci ilin noyabr ayında keçirilən Türkdilli Dövlətlər Təşkilatının IX Zirvə görüşünə müşahidəçi qismində üzv kimi qəbul olundu: “Bu Şimali Kiprin yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Eyni zamanda türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi müzakirə mövzusudur. Bu baxımdan bu tədbir Şimalı Kiprin türk dövlətlərinə inteqrasiyası fonunda turizm və təhsil imkanları mövzusunda bir konfrans idi. Təklif və təşəbbüs Şimali Kipr Cümhuriyyəti tərəfindən gəlmişdi. Biz də onların arzusunun genişləndirilməsinə vəsilə olduq. Tədbirdə turizm agentlikləri, millət vəkilləri, universitet təmsilçiləri və bir sıra ictimai xadimlərin qatıldığı bu tədbirdə biz Şimali Kiprin ən müasir vəziyyətini cəmiyyətimizə təqdim etməyə çalışdıq”.
Şimali Kipr Cümhuriyyətinin Beynəlxalq Final Universitetinin nümayəndəsi Sualp Davut da tədbirdə iştirakından və Azərbaycanda olmaqdan məmnunluq duyduğunu ifadə edib: “Tədbirdə universitetimizin üstünlüklərini diqqətə çatdırdıq. Biz həm də azərbaycanlı tələbələrə yüksək səviyyədə kurslar veririk. Tədbirdə təhsillə bağlı çoxsaylı suallar gəldi. Ən diqqət çəkən məsələ İngiltərə və Amerikadakı ikili anlaşmalardır. Belə ki, tələbələr 3 il Şimali Kiprdə, qalan bir ili isə Amerika, yaxud İngiltərədə təhsil alır. Magistraturada da eynilə iki anlaşmadan istifadən edirik. Xaricdə təhsil almaq istəyən tələbələri, xüsusilə azərbaycanlı gəncləri aramızda görməkdən çox məmnun olarıq”.
Acapulco otelinin müdiri Özər Özbilən bildirib ki, tədbir vasitəsilə Kiprin tanıtımına şərait yaradılıb: “Türkiyə ilə bərabər Azərbaycan da Şimali Kiprin ana vətənidir. Üç ayrı dövlət olsaq da, tək millətik. Azərbaycanı Kiprdə, Kipri də Azərbaycanda tanıtmaq üçün əlimizdən gələn hər şeyi edirik və bundan sonra əlaqələrimizi daha da genişləndirəcəyik. Burada olmaqdan və iştirakçılarla tanışlıqdan xoşbəxtliyimizi də dilə gətirmək istərdim”.
Turizm sahəsinin direktoru Bora Özgenin sözlərinə görə, çox gözəl və səmərəli bir toplantı keçirilib: “Şimali Kiprin fərqli sektorlarının Azərbaycanda bir araya gətirilməsi ilə bağlı söhbətlər apardıq. Xüsusilə turizm və təhsil sahəsi ilə bağlı məsələlər əsas təşkil edirdi. Bu məsələlər barədə detallı bilgiləri bölüşdük. Əminik ki, bu toplantılar sayəsində Şimali Kipr və Azərbaycan arasında əlaqələr daha irəli səviyyələrə daşınacaq. İnsanların fərqindəliyi artacaq. Düşünürəm ki, həm bizim, həm də azərbaycanlı dostlarımızın Şimali Kiprə səfərləri daha mütəmadi olmalıdır. Türkiyə Azərbaycanla aramızda çox gözəl bir körpüdür. Şimali Kipr Türk Cümhuriyyəti bütün sahələrdə Azərbaycana dəstək olmağa və işbirliyinə hazırdır”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

