Vaxtilə İranla əməkdaşlığa cəlb olunmuş Qənimət Zahid…
07.04.2023 [00:17]
AXCP üzvü casus şəbəkələrinin ifşasına yaxından kömək göstərə bilərmi?
Son dövrlərdə İranın ölkəmizdə maddi maraq qarşılığında yaratdığı bir sıra casus şəbəkələri ifşa olunmaqdadır. Ötən ildən başlayaraq vüsət alan prosesdə mühüm nəticələr əldə edilib – hətta, bəlli olub ki, İran xüsusi xidmət orqanları Azərbaycanda bir sıra sahələrə nüfuz edə biliblər. Mətbuat sahəsində də bununla bağlı bir sıra əməliyyatlar keçirilib və SalamNews informasiya agentliyinin və “İnteraz” telekanalının ifşası buna misaldır. Son olaraq isə bir neçə gün öncə İranın xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınan şəxslər saxlanılıb. Özləri də etiraf ediblər ki, Azərbaycan ərazisində sabitliyin pozulması istiqamətində cinayət əməlləri törədilməsinə hazırlıq işləri görüblər.
Beləliklə, İranın ölkəmizdə yaratdığı casus şəbəkələri ard-arda ifşa edilir. Və bütövlükdə cəmiyyət bu prosesin daha uğurla və sürətli şəkildə aparılmasında maraqlıdır.
Cəmiyyətin məsələyə münasibəti birmənalıdır – hər kəs bildiyini bölüşsün,..
Millət vəkili Fazil Mustafaya qarşı törədilmiş terror hadisəsi isə İran casus şəbəkəsinin ifşası prosesini labüd etdi. Deputata atılan güllə hələ də İranın ölkəmizdə gizli "hücrələrinin" varlığından xəbər verirdi. Qeyd edildiyi kimi, cəmiyyətin bu məsələyə münasibəti birmənalıdır və bununla bağlı hər hansı bir məlumatı olan vətəndaşlarımız məsuliyyətli davranaraq bu şəbəkələrin ifşasında fəal rol oynamağa çalışır. Təbii ki, xalq olaraq dövlətimizin təhlükəsizliyinin təminatı bizim üçün ən mühüm şərtdir. Bu mənada, hər kəs bildiyi qədər hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyi özünə borc bilir.
Qənimət Zahid İran xüsusi xidmət orqanları ilə əməkdaşlığını etiraf etmişdi…
Vaxtilə AXCP-nin rəsmi orqanı kimi tanınan "Azadlıq" qəzetinin baş redaktoru, hazırda Fransada yaşayan Qənimət Zahidin İranla bağlı fəaliyyəti hamıya məlumdur. O zamankı mətbuatın yazdıqlarından və həmin günlərin canlı şahidlərinin bildirdiklərindən də bəlli olduğu kimi, 1998-ci ildə Qənimət Zahid gözlənilmədən İran İslam Respublikasına səfər etmiş, səfərdən sonra mətbuat konfransı keçirmişdi. Həmin mətbuat konfransında İran xüsusi xidmət orqanlarının nümayəndələrinin onu pul müqabilində ələ aldıqlarını dilə gətirmişdi. Beləliklə, Qənimət Zahid də bu əməkdaşlığa razılıq verib, hansısa müqaviləni imzalayıbmış. Hətta bununla bağlı o zamanın "ANS" televiziyasının "Nəzər nöqtəsi" proqramına geniş müsahibə verən Q. Zahid İran xüsusi xidmət orqanlarının onunla əməkdaşlığı hansı istiqamətlər üzrə qurmaq istədiklərini də bəyan eləmişdi. Sonradan onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlığının davam edib-etməməsi haqqında isə bu gün fikir söyləmək bir qədər təzadlıdır. Amma Q. Zahidin o dövrdəki "əməkdaşlıq münasibətləri"nin detallarının bu günün rakursunda mühüm əhəmiyyət daşıdığını əsas kimi götürmək yerinə düşər.
Qənimət Zahid bildiklərini istintaqla paylaşmalıdır…
Sonradan Fransaya köçüb, orada fəaliyyət göstərən Q. Zahidin həmin vaxt etiraf etdiyi İranla işbirliyinin detalları bu gün Fazil Mustafaya sui-qəsdin araşdırılmasında, o cümlədən digər şəbəkələrin ifşa edilməsində mühüm rol oynaya bilər. Bu mənada, Q.Zahidin istintaqla əməkdaşlıq etməsi də vacib şərt kimi qoyulmalıdır. Ən azından Qənimət Zahid vaxtilə imzaladığı əməkdaşlıq müqaviləsində (özünün etiraf etdiyinə görə – red.) əks olunan detalları, həmin dövrdə İran xüsusi xidmət orqanlarına işləyən başqa kimlərisə tanıdığını və ya əlaqəsini, sonradan bu işə cəlb olunan şəxslərlə hansısa əlaqəsinin olmasını istintaqa söyləyə bilər…
Bununla bağlı, Q.Zahidin də fikirlərini dərc etməyə hazırıq…
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

