Holokost qurbanlarına rekord təzminat
22.06.2023 [10:43]
2023-cü ildə Almaniya hökuməti Holokost qətliamından sağ çıxanlara rekord məbləğdə təzminat ödəyəcək. Təzminatın ümumi məbləği 1,4 milyard dollar civarında müəyyənləşdirilib.
Nasizm qurbanlarının məhkəmə işlərini araşdıran qurum - İddialar Konfransı Almaniya hökumətinin Holokostdan sağ çıxanlar üçün gələn il daha 1,4 milyard dollar (1,29 milyard avro) ödəməyə razı olduğunu bildirib.
Kompensasiyanın məbləği və verilmə qaydaları artıq Almaniyanın Maliyyə Nazirliyi ilə müzakirə edilib. Holokostun yaşlı və həssas qurbanlarına ev şəraitində yüksək səviyyədə qulluq xidmətləri göstərilməsi üçün ilkin mərhələdə 888,9 milyon dollar ayrılıb. Nyu-Yorkda fəaliyyət göstərən İddialar Konfransının verdiyi məlumata görə, bunlar hələ hamısı deyil. Holokostdan sağ çıxmış 128.000 nəfəri əhatələyən Çətinlik Fonduna Əlavə (Hardship Fund Supplemental) proqramı çərçivəsində ödənişlərin 175 milyon dollar artırılması barədə də razılıq əldə olunub.
İddialar Konfransının icraçı vitse-prezidenti Qreq Şnayder: “Holokostdan sağ çıxanların son nəsli yaşlandıqca və qulluq, baxım ehtiyacları artdıqca onlara verilən təzminatların da artırılması vacib hala çevrilir”. Şnayder öz fikrinə tam aydınlıq gətirmək üçün əlavə edib: “Hər bir Holokost qurbanına ayrı-ayrılıqda lazımi qayğı göstərmək üçün təkcə baxım və qulluq xidmətləri kifayət deyil, faciədən sağ qurtulmuş bu tarixi insanların hər birinin birbaşa maliyyə ödənişləri ilə təmin edilməsi də çox vacibdir”.
Holokostdan sağ çıxanlar üçün adambaşına ödənilən məbləğə əlavələr aşağıdakı kimi müəyyən olunub: hər dəfə üçün əlavə məbləğ 2024-cü ildə adambaşına təxminən 1370 ABŞ dolları, 2025-ci ildə 1425 dollar, 2026-cı ildə 1480 dollar və 2027-ci ildə 1534 ABŞ dolları məbləğində olacaq.
İddialar Konfransından bildirilib ki, bu ödənişləri alan sağ qalmış qurbanlar arasında düşərgələrdə olmayan rus yəhudiləri də var. Onlar uşaq ikən bütün yəhudi icmalarını məhv etmək tapşırığı almış “Aynsatzqruppen” (faşist Almaniyasının Təhlükəsizlik Polisinin Avropa ölkələrində və işğal etdiyi SSRİ ərazilərində dinc əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirən hərbiləşdirilmiş ölüm dəstələri) adlı mobil öldürmə dəstələrindən qaça biliblər. Aynsatzqruppen “yəhudi məsələsinin yekun həllində” aparıcı rol oynamışdı. Yüzlərlə, minlərlə yəhudini kütləvi şəkildə güllələyərək dərin quyulara gömən bu faşist qrupları tərəfindən ümumilikdə bir milyondan çox yəhudi qətlə yetirilib.
“Qaçmağı və sağ qalmağı bacaranlar cəmiyyətin ən çox zərərçəkmiş üzvləridir. Ailəni, insan sağlamlığını, mənəvi itkiləri heç nə ilə əvəz etmək mümkün deyil”, - İddialar Konfransının bəyanatında belə deyilir. Sitat: “Dəhşətli soyqırımından sağ çıxanlara ödənilən təzminatı artırmaqla Almaniya hökuməti bu faciənin həm psixoloji, həm də maddi baxımdan hələ də dərindən hiss olunduğunu qəbul edir. Əlbəttə, Holokost qurbanlarının başına gələnləri heç bir maddi dəyərlə ölçmək mümkün deyil”.
Məlumdur ki, Holokostdan sağ qurtulanlar artıq yaşlı insanlardır. Onların əksəriyyəti uşaq və ya gənc ikən sağlam qidadan, tibbi xidmətlərdən məhrum olunduqları üçün çoxsaylı problemlərdən əziyyət çəkirlər. Sağ qalanların sayı azaldıqca İddialar Konfransı da Holokost qurbanları üçün davam edən maliyyələşməni müzakirəyə çıxararaq, ödənilən təzminatı daha bir neçə il uzatmağa və yüksəltməyə nail olub.
Xatırladaq ki, Almaniya hökuməti 1952-ci ildən etibarən nasizm qurbanlarına görə 90 milyard dollardan çox kompensasiya ödəyib. Hazırda İddialar Konfransı 2023-cü il üçün 83 ölkədə 200 000-dən çox sağ qalmış zərərçəkənə yüz milyonlarla təzminat paylanacağını, eyni zamanda Holokost qurbanlarına tibbi və məişət xidmətləri göstərən 300-dən çox sosial xidmət agentliyinə 750 milyon dollardan çox qrant veriləcəyini proqnozlaşdırır. Tarixi zərərçəkmişlər üçün ev şəraitində qulluq, qidalanma və dərman vasitələri ilə təminat da sözügedən kompensasiyaya daxildir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50

