Günün əsas tələbi, dövrün əsas çağırışı
20.07.2023 [11:30]
Yeganə BAYRAMOVA
İKT-nin inkişaf etdirilməsi günün əsas tələblərindən, dövrün əsas çağırışlarından sayılır.
Milli Məclisin deputatı Naqif Həmzəyev “Yeni Azərbaycan”-a bildurub ki, Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət ayırır, sərmayə qoyur:
“Azərbaycanda “Elektron Hökumət” layihəsi uğurla həyata keçirilir. Vətəndaşların rahatlığını təmin edə bilmək, zamana qənaət, bütün prosesləri mərkəzi anbarda toplaya bilmək, bütün bunları arxivləşdirmək üçün “Elektron Hökumət” xidmətləri yaradılıb. ASAN Xidmət, Dost Mərkəzləri bu missiyanı uğurla yerinə yetirir. Vətəndaşların prosesləri daha rahat, çevik həll edə bilmələri üçün elektron sistemlər, demək olar, bütün dövlət strukturlarında tətbiq edilir. Hətta elektron sənəd dövriyyəsi də dövlət müəssisələri arasında tətbiq edilməkdədir. Elektron xidmətlərin sayı gündən-günə artır. Bu da vətəndaşların dövlət xidmətlərindən daha rahat istifadə etmələrini təmin edir. Bütün bunlarla yanaşı, bank xidmətləri də artıq elektron qaydada təşkil edilib. Bu da insanların rahatlığına əsas şərait yaradan amillərdəndir”.
N.Həmzəyev qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir: “Yeni biliklərə malik, müasir tələblərə cavan verən kadrlar hazırlanır, rəqabətəqabiliyyətliliyi artırmaq üçün mütəmadi işlər görülür, layihələr həyata keçirilir. İnternetdən istifadə ilə bağlı statistika ildən-ilə artır, keyfiyyət göstəriciləri dəyişir. Artıq genişzolaqlı, fiber-optik şəbəkə formalaşdırılıb. Əksər şəhərlərdə internetə daha sürətli çıxış təmin olunub. Rayon və kənd yerlərində də bu cür xidmətlərin təmin edilməsi ilə bağlı işlər həyata keçirilir. İnanıram ki, görülən tədbirlər effektini verəcək və ölkəmizdə internetin daha sürətli olması, əlçatanlığı, sürətli internetə çıxışın miqyası böyüyəcək. Təəssüf ki, bəzi hallarda bir sıra regionlarda bunu müşahidə etmək olmur, bu xidmət hər yerə çatdırıla bilmir. Düşünürəm, Azərbaycan hökuməti bununla bağlı işlər aparır. Aidiyyəti qurumlar daha müasir internet zolağının formalaşdırılması, vətəndaşların ucuz, sürətli internetə əlçatanlığını təmin edilməsi barədə pilot layihələr həyata keçirirlər. İstənilən halda biz Azərbaycanda informasiya texnologiyaları sahəsində görülmüş işləri müsbət dəyərləndiririk. İnanırıq ki, Azərbaycan digər inkişaf etmiş dövlətlərlə rəqabətdə irəli sıralarda olacaq, regionda İKT-nin tətbiqi, vətəndaşların İKT-yə çıxışının əlçatanlığı ilə əlaqədar reytinqlərdə öz yerini daha da möhkəmləndirə biləcək”.
Bəli, inkişafın ən mühüm amili elm, təhsil və müasir biliklərdir. İKT də daxil olmaqla, müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün istifadə olunması qlobal səviyyədə də inkişafın əsas şərtlərindən sayılır. Dövlətimiz “qara qızıl”ın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirir. Görülən işlər isə deməyə əsas verir ki, yaxın illərdə İKT sahəsində regional mərkəzə çevriləcək, Qərblə Şərq arasında informasiya axınını da təmin edəcəyik.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

