Timsah göz yaşları...
28.07.2023 [10:17]
Onlar nəyə və niyə ağlayırlar?
MÜBARİZ
AXCP sədri Əli Kərimli və qondarma “milli şura”da ətrafına yığdığı kiçik dəstənin üzvləri sosial şəbəkələrdə yeni kampaniyaya başlayıblar. Real və virtual meydanlarda “meydan sulamağa” can atan ünsürlər yenidən xaos çağırışları edirlər. Daha dəqiq, bir neçə gün bundan əvvəl Qubad İbadoğlunun saxlanılmasını fürsət kimi dəyərləndirərək qeyri-qanuni çağırışlar edir, ajiotaj yaratmağa çalışırlar.
Hüquqi məsələni siyasiləşdirmək cəhdi...
Əslində, nə baş verib və Qubad İbadoğlu niyə həbs olunub? Verilən rəsmi açıqlamada AXCP-nin və qondarma “milli şura”nın ətrafında şou düzəltməyə çalışdığı həbsin hüquqi əsaslarına aydınlıq gətirilib. Bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.
Məlumatın məzmunundan da göründüyü kimi, Q.İbadoğlunun həbsi ətrafında hay-küy salmağa, baş verənlərə siyasi rəng qatmağa heç bir əsas yoxdur. Azərbaycan hüquqi dövlətdir və hər kəs də əməllərinə görə məsuliyyət daşıyır.
Xalqı təhqir və şantaj etmək mənəviyyatsızlıqdır
AXCP sədri Əli Kərimli və onun başına yığdığı dəstənin təmsilçiləri isə “bulanlıq suda balıq tutmağa çalışırlar”. Bu günlərdə Əli Kərimli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli və digərləri sosial şəbəkələrdə Q.İbadoğlunun həbsi fonunda qeyri-qanuni çağırışlar edir, insanları dövlətə qarşı çıxmağa, qanunlara riayət etməməyə çağırırlar. Hələ bununla kifayətlənmir, Azərbaycan cəmiyyətini “şüursuzluq”da ittiham edirlər. Xalqı “bayağı əyləncələrə meyilli” toplum kimi təsvir etməklə siyasi şüura sahib olmadığını, düşünə bilmədiyini iddia edirlər. Bir sözlə, Azərbaycan xalqını təhqir və şantaj etməkdən çəkinmirlər.
Autsayderlər zolağında və ya nifrətin səbəbi
Belə əsassız iddiaların və mənəviyyatdan, milli təəssübkeşlikdən kənar səslənmələrin - sərsəmləmələrin arxasında onların əsl simaları və gerçək niyyətləri aydın görünür. Radikallar saxta göz yaşarı axıdırlar. Onların məqsədi Q.İbadoğlunu müdafiə etmək deyil. Əli Kərimli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimiləri ölkəmizin siyasi həyatında autsayderlər zolağında yer alırlar. İnsanlar onların nə özlərini, nə də çağırışlarını ciddiyə alırlar. AXCP-də və qondarma “Milli şura”da yer alanların cəmiyyətimizə, xalqa qəzəb və nifrəti də məhz buradan qaynaqlanır. Onlar bir həbsin ətrafında şou yaratmaqla, əslində, özünüreabilitasiya məqsədi güdürlər və bundan ötrü ən alçaq vasitəyə əl atmağı - cəmiyyəti, xalqı aşağılamağı belə özlərinə rəva bilirlər. Reallıq budur!
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

