Misirli siyasi ekspert: “Azərbaycandakı seçkilər region üçün böyük əhəmiyyət kəsb edir”
23.01.2024 [10:33]
“Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri təkcə Azərbaycan xalqı üçün deyil, həm də region ölkələri və dünya üçün böyük əhəmiyyət kəsb edir”. Bunu secki-2024.az saytınaaçıqlamasında misirli alim, Mərkəzi Asiya və Qafqaz işləri üzrə tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabik bildirib.
Tərabik seçkilərin əhəmiyyətinə dair bir sıra aspektlərdən bəhs edib. Onun fikrincə, birinci aspekt, Azərbaycanın malik olduğu demokratik təcrübədir.
“Azərbaycan xalqı siyasi plüralizm, insan hüquq və azadlıqları, habelə vətəndaş cəmiyyəti institutlarının konsolidasiyası sahəsində öz xüsusiyyətlərini göstərən yetkin siyasi ab-havada yaşayır. Siyasi fəaliyyət nəticəsində hazırda ölkədə çoxlu sayda partiya və vətəndaş cəmiyyəti təşkilatları fəaliyyət göstərir. Geniş işçi təşkilatlarını əhatə edən həmkarlar ittifaqı təşkilatları mövcuddur. Bunlar demokratik seçkilər üçün vacib faktordur”, - deyə Tərabik fikrini əsaslandırıb.
O, 2012-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanunda siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən maliyyə dəstəyinin nəzərdə tutulmasını da müsbət addım adlandırıb: “Siyasi partiyalar ölkədə azadlıq, dürüstlük və demokratiya şəraitində keçirilən prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edirlər. Bu, öz növbəsində Azərbaycanda siyasi plüralizmin və çox partiyalılığa əsaslanan demokratik siyasi sistemin formalaşmasından xəbər verir”.
Misirli tədqiqatçı qeyd edib ki, Azərbaycanda həyata keçirilən demokratik fəaliyyət xüsusiyyətlərindən biri də ifadə, məlumat, mətbuat, media azadlığının təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətləri sırasında olmasıdır.
Misirli alim Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəni gələn ay keçirilməsi planlaşdırılan seçkilərin əhəmiyyəti ilə bağlı növbəti aspekt kimi də qiymətləndirib: “2020-ci ildə Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında baş tutan bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan işğal altında olan bütün torpaqlarını azad etdi. Bu qələbə sayəsində Azərbaycan təkcə region dövlətləri üçün deyil, bir çox dünya ölkələri üçün də nümunəyə çevrilib”.
Misirli siyasi hesab edir ki, məhz bu aspektləri nəzərə alanda Azərbaycanın malik olduğu iqtisadi və siyasi statusla yanaşı, 2024-cü ilin fevralında keçiriləcək prezident seçkiləri bütün dünya üçün mühüm əhəmiyyət kəsb edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28

