Xalqımız dövlətimizin gələcəyini qalib Liderə etibar edəcək
02.02.2024 [15:06]
Müsahibimiz Milli Məclisin deputatı, professor Kamilə Əliyeva
- Kamilə xanım, son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələri göz önündədir. Bu müddət ərzində bütün sahələrdə əldə olunan nəticələri necə dəyərləndirmək olar?
- Son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin edib. Bütün bunların nəticəsidir ki, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb. Ölkə tarixinin inkişaf və tərəqqi dövrünün memarı olan dövlətimizin başçısı azərbaycançılıq məfkurəsinə sadiqliyi, müdrik siyasəti, dönməz əqidəsi ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib.
Cənab İlham Əliyev Azərbaycanın dünyadakı haqq səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrilib. Bu gün Azərbaycan xalqı yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının yeni dövrünə qədəm qoyub. Təbii ki, yeni mərhələdə prezident seçkilərinin keçirilməsi də zəruridir. Çünki yeni seçkilərin özü də növbəti mərhələnin başlanğıcı olmalıdır.
Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkiləri ölkəmizin istisnasız bütün ərazilərində keçiriləcək. Biz buna Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olduq. Dünya ictimaiyyəti bir daha şahid oldu ki, 30 il davam edən işğal dövründə daha da güclənən, qüdrətlənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən cənab İlham Əliyev kimi yenilməz Liderimiz var. Xalq-iqtidar birliyi Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır. Məhz bu faktorların sayəsində qazanılan tarixi Zəfərlər milli həmrəyliyi daha da möhkəmləndirib.
- Şübhə yoxdur ki, 7 fevral seçkilərində Azərbaycan xalqının seçimi məhz tarixi Zəfərlərin memarı cənab İlham Əliyev olacaq. Yeni mərəhələdən gözləntilər nədən ibarətdir?
- Qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri qalibiyyət təntənəsi ilə yerinə yetirib, atdığı addımlarla müdrik dövlət başçısı olduğunu təsdiq edib. Qalib Lider qətiyyətli iradəsi ilə Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanı dünyaya təqdim etməkdə davam edir. Üçrəngli dövlət bayrağımız bu gün Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş rayonlarımızda qürurla dalğalanır. Bu, bir çoxları üçün xəyal idi, qalib Lider xalqımızın bütün ümidlərini doğrultdu, mümkünsüz görünən ən çətin işləri reallaşdırdı, Azərbaycanı Zəfərdən Zəfərə apardı.
Əldə etdiyimiz Zəfərlərin davamlı olması üçün fevralın 7-də keçiriləcək seçkilərdə xalqımız inandığı, nüfuzlu və etibarlı Liderə dövlətimizin gələcəyini etibar edəcək. Bu baxımdan, qədirbilən Azərbaycan xalqının dəyişməz seçimi tarixi Zəfərlərin memarı cənab İlham Əliyev olacaq.
Başqa sözlə, Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünü təmin edən, onu inamla irəli aparan, uğurlu daxili və xarici siyasət həyata keçirən qalib Liderin yanında olacaq. Bu, Azərbaycan xalqının inkişafa, Heydər Əliyev siyasi kursuna, polad siyasi iradəyə, işıqlı gələcəyə verdiyi səs olacaq. Xalqımız qalib Liderə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq. Yeni mərhələdə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10

