Korsikalılar Fransa polisinin dinc fəallara qarşı repressiyasına etiraz edirlər
03.02.2024 [18:40]
Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı uğrunda mübarizəni əzmlə davam etdirirlər. Ölkədə yeni yaranan “Nazione” Partiyası elə ilk gündən 600–dən çox fəalı bir araya gətirib. Partiyanın ilk gündən belə uğur qazanması fransız hökumətinin qəzəbi ilə üzləşib. Fransa hökuməti siyasi partiyanın bu uğurunu həzm edə bilməyib və bunu fəalların evlərinə hücum edərək, repressiya ilə göstəriblər.
Yeni partiyanın assambleyasının ilk iclasından iki gün sonra fransız polisinin çox qəddar və amansız repressiyasına etiraz olaraq, “Nazione” Partiyası Bastiada mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, konfransda partiyanın üzvləri və sözçüsü çıxış edərək, son günlər fransız polisinin törətdiyi repressiyanı qətiyyətlə pisləyiblər. Polisin həbs etdiyi və Parisə göndərdiyi “Nazione”nin iki fəalının dərhal azad olunmasını tələb ediblər. Həmçinin daxili işlər naziri J. Darmaninin Korsikaya səfəri zamanı bütün korsikalıları etiraz nümayişinə çağırıblar.

“Nazione” Partiyasının baş assambleyasının ilk iclasından cəmi iki gün sonra Fransa dövləti bu yeni siyasi təşəbbüsün uğuruna yenə də repressiya dalğası ilə cavab verdi, iki fəalımız və milli koordinasiyamızın üzvləri Anto Simoni və Nikolas Pinzuti həbs etdi.
Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) göstərişi ilə həyata keçirilən bu alçaq polis əməliyyatı fəallarımız və onların ailələrinə qarşı qəsdən təcavüz törətmək istəyini açıq şəkildə əks etdirir. Belə ki, onların evlərinə hücum edilərək, qapıları partlayıcılarla dağıdılıb, uşaqlarının gözü önündə ataları yerə yıxılaraq həbs olunub, evləri darmadağın edilib, uşaqların gözü qarşısında onların oyuncaqları qəsdən sındırılıb, siyasi və peşə öhdəliklərində vicdanlı və hörmətli olan iki fəal arbitrar şəkildə Parisə göndərilib.
Bu gün “Nazione” dinc insanlara qarşı ən pis avtoritar rejimlərə layiq olan bu acınacaqlı və qəbuledilməz təcrübələri pisləyir”, - deyə partiya üzvləri yerli və xarici mətbuat qarşısında bəyan ediblər.
Bildirilib ki, onların fəallarının yeri Korsika torpağında ailələri arasında, iş yerlərində və ölkələrini yaşatmaq uğrunda apardıqları mübarizə meydanındadır. Onların azadlığa buraxılması tələb olunur.
“Milli azadlıq hərəkatına qarşı bu yeni təcavüzün yeganə məqsədi “Nazione”nin yaradılması ilə meydana gələn böyük xalq hərəkatını dayandırmağa və onun siyasi iradəsini susdurmağa çalışmaqdır.

Fransanın siyasi liderləri və Korsikadakı bəzi siyasətçilər bu çağırışlar üçün hər hansı siyasi motivi bir daha güc amilinə söykənərək rədd edəcəklər. Bir daha bəyan edirik ki, “Korsika işləri” ilə bağlı siyasi və məhkəmə hakimiyyətlərinin müstəqil olmasının söyləmək bir “əfsanədir” və çərşənbə axşamı günü həbslər siyasi ədliyyənin əmri ilə siyasi polis tərəfindən həyata keçirilib.
Həqiqətən də, proses indi məlumdur və çox kobud formaya çevrilib: müstəqillik hərəkatının hər bir təşəbbüsünə mexaniki şəkildə repressiya ilə cavab verilir.
Bu repressiv əməliyyatların gələn həftə daxili işlər naziri J.Darmaninin gəlişinin elan olunması ilə üst-üstə düşməsi də təsadüfi deyil. Fransız polisinin bu addımı Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan yeganə siyasi cərəyanı neytrallaşdırmaq siyasətinin bir hissəsidir. Bizim siyasi mübarizəmiz Korsika və korsikalıların maraqlarının qətiyyətli müdafiəsinə əsaslanır”, - deyə siyasi partiyanın sözçüsü vurğulayıb.
Qeyd edilib ki, yüzlərlə “Nazione” fəalı partiyanın siyasi cərəyanının ümumi istiqamətinə dair keçirilmiş səsvermədə partiyanın siyasi hərəkatının hər zaman ölkədə real siyasi həllin və real sülhün lehinə əsas aktor olduğunu bir daha təsdiqləyib. Bununla belə, sülh gətirən siyasi həll yolunun axtarışı heç vaxt Korsika xalqının gələcəyi üçün əsas olan bütün tələblərdən imtina etmək demək deyil.
“Heç vaxt repressiya milli mübarizəmizi nə susdura, nə də boyun əyməyə məcbur edə bilməz. “Nazione” yaxın günlərdə siyasətimizlə razılaşan bütün korsikalıları bir araya gətirərək siyasi layihəsini populyarlaşdırmağa davam edəcək”, - deyə partiya üzvləri yaxın günlərdə fəaliyyətlərini daha da intensivləşdirəcəklərini diqqətə çatdırıblar.
Konfransın sonunda “Nazione” fəalları gələn həftə daxili işlər naziri J.Darmaninin Korsikaya səfərinə görə “Korsika xalqının hüquqları uğrunda! Repressiyaya son! Yaşasın millət!” şüarları ilə etiraz nümayişinə çağırış ediblər.
Sonda partiya üzvləri 18 maskalı fransız polisinin “Nazione”nin fəallarının evinə basqın etməsinin bir daha qəbuledilməz olduğunu bildiriblər. Bunun repressiyanın son həddi olduğunu deyərək, özünü hüquqi dövlət və insan hüquqları beşiyi hesab edən Fransanın, əslində demokratik deyil, diktatura yönlü olduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, belə vəziyyət yalnız avtoritar rejimdə mümkündür. Ancaq bütün bu repressiyalar korsikalıların iradəsini sındıra bilməyəcək və onlar azadlıqları uğrunda mübarizəni əzmlə davam etdirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33

