“Biləcəri sindromu” TƏHLİL
01.09.2025 [09:30]
“Sivilizasiyalararası mübarizə” adı altında illər, hətta əsrlər boyu davam edən ideoloji savaş indi də sosial mühəndislik müstəvisinə keçərək daha “hiyləgər” formalarda təzahür edir. Maraqlı paradoksa diqqət yetirin: dünyada müşahidə olunan texnoloji inkişaf qibtəedicidir, ancaq insan övladının “tələbatları” ildən-ilə daha da cılızlaşır, fikirləri isə dayazlaşır. Önəmli amil odur ki, qeyd olunan təzahür və müşahidə olunan tendensiyalar əsasən qlobal xarakterlidir.
Bu fikirlər politoloq Asif Adilin “Biləcəri sindromu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Toplumun fikirləri və tələbatları bəsitləşdikcə mürəkkəb ideoloji nəzəriyyələrə artıq ehtiyac duyulmur. Sosial mühəndisliyin məhsulu olan cəmi bir sosial stereotipin konkret cəmiyyətdə yayılması nəticəsində nəinki humanitar inkişaf dayandırıla bilər, hətta deqradasiya proseslərinin başlanması da mümkündür. Açıq ideoloji mübarizədən fərqli olaraq sosial mühəndisliyin sayəsində kütləvi və sifarişli davranış modellərinin formalaşması prosesi daha az müqavimət ilə müşahidə olunur. Proseslər sanki təbii şəkildə, öz axarı ilə cərəyan edir.
Əlbəttə ki, “sosial mühəndislik” məfhumu populyar mövzu deyil və mürəkkəb təhlillərin aparılmasını tələb edir. Ancaq nəzərə alaq ki, sosial mühəndisliyin əsas aləti məhz internet məkandır, o zaman onun ifşa olunması da elə internet məkanında daha labüddür. Bu gün demək olar ki, hər bir sosial şəbəkə istifadəçisi özünün xəbəri olmadan belə sosial mühəndisliyin konkret layihəsinin passiv və ya aktiv iştirakçısıdır.
Təsadüfi deyil ki, “manipulyasiya” son dövrdə ölkənin informasiya məkanında ən çox rastlanan sözdür. Heç şübhəsiz ki, siyasi münasibətlər müstəvisində bu söz “mükafatçılar” sırasındadır. Odur ki, müasir dövrdə bu istiqamətdə maarifləndirici işlərinin aparılmasına hava-su kimi ehtiyac duyulur. Bəzən elə təsəvvür yaranır ki, dünya məhz manipulyasiyalar vasitəsilə idarə olunur.
Şübhəsiz ki, ən ağrılı manipulyasiyalar siyasi münasibətlər müstəvisində aparılır. Burada manipulyasiya, eyni zamanda, psixoloji təsir etmək deməkdir. Misal üçün radikal təfəkkür çalışır ki, dünyanı topluma yalnız ağ və qara rənglər ilə təqdim etsin. Bilavasitə sosial mühəndisliyin davamı olan sözügedən metod cəmiyyətin ideoloji parçalanmasına xidmət edir. Burada inkişaf və ya ədalətin axtarışından söhbət belə gedə bilməz.
Qlobal kontekstdə isə aparılan sosial mühəndisliyin hədəfləri əlbəttə ki, daha böyükdür. Burada ictimai təfəkkürün təhrif olunması, milli identikliyin unifikasiyası, dəyərlər sisteminin deformasiyası, yanlış sosial stereotiplərin formalaşdırılması və digər bu kimi ağrılı fəsadlara gətirib çıxara biləcək sosial-mədəni və siyasi tendensiyaların adları çəkilə bilər.
Diqqət yetirin, qlobal sosial mühəndisliyin sayəsində bu gün psevdoliberal şüarlar altında simasız “kosmopolit” dəyərlər kütləvi sosial oriyentir kimi sürətlə təbliğ olunur. İnsanın təbii millətçilik duyğuları isə sanki bir siyasi manyaklıq kimi təqdim olunur. “Vətənpərvərlik” ifadəsi beynəlxalq mətbuatda banal arxaizm kimi yozulur. Vətənpərvərlikdən danışan dövlət rəhbərləri isə beynəlxalq qurumlar tərəfindən militarist ritorikanın inkişafına görə tənbeh olunur. Əlbəttə ki, mövcud tendensiyalar təsadüfi deyil.
Məhz qeyd olunanlar müstəvisində hər kəsi düşündürə biləcək “Biləcəri sindromu”ndan qısaca olaraq bəhs etmək istərdik. Uzun müddət ərzində hələ Sovet dövründən başlayaraq sözügedən siyasi və sosial-psixoloji sindrom Azərbaycanın ictimai şüuruna planlı şəkildə yeridilirdi. Sözügedən siyasət öncə ideoloji müstəvidə, daha sonra sosial mühəndislik vasitəsilə gündəlik həyatımıza ona görə yeridilirdi ki, dövlətçilik təfəkkürümüz və milli mentallığımız kasad olsun. “Biləcəridən o tərəfdə heç kəs tanımır”, “səsi elə Biləcəriyə qədər çatır” və s. bu kimi ifadələr məhz sözügedən sosial mühəndisliyin təzahürləridir. Şüuraltı səviyyədə aparılan təbliğatın nəticəsində məsələ o dərəcəyə çatıb ki, sözügedən ifadə və düşüncə tərzi sanki məişət leksikonumuza belə daxil olunub.
Məsələ ilə bağlı, yəni, bu cür düşüncə tərzini məqsədyönlü şəkildə yayanlara qarşı sərt mövqe bildirilməlidir. Bu cür düşüncə paradiqması Qalib xalq statusumuza açıq xainlikdir və uğurlarımızın dəyərsizləşdirilməsinə yönəlmiş siyasətdir. Bunu edənlər eyniliklə Sovetlər dövründə olduğu kimi məhz dövlətçilik təfəkkürümüzün və milli mentallığımızın kasad olmasına xidmət edirlər. Tarixi Qələbəmizdən sonra bu stereotipin yaşanmasına xidmət edənlər yalnız düşmən adlandırıla bilərlər.
Bəli, çatışmazlıqları tanımalıyıq və xalq olaraq onların üzərində birgə çalışmalıyıq. Elə buna görə də milli potensialın səfərbər olunmasına xidmət edən dialoq mühiti ölkəmizdə məhz dövlətin təşəbbüsü ilə aktiv şəkildə təşviq olunur. Sözügedən mühitin məhz dövlətin təşəbbüsləri ilə təşviq olunması faktı ona dəlalət edir ki, cəmiyyətin inkişafı naminə əməkdaşlıq və partnyorluq əllərini uzadan tərəf də məhz iqtidardır.
Tarixi Qələbəni əldə etmiş, suverenliyini tamamilə bərpa etmiş, dünyanın bir nömrəli dövlətini özünə strateji tərəfdaş etmiş, regionun lideri olan və beynəlxalq əhəmiyyətli layihələrlə davamlı çıxış edən, habelə zəngin tarixə və möhtəşəm mədəniyyətə sahib xalq bütün təzyiq və təhdidlərə rəğmən “Biləcəri sindromu”ndan qurtulmalıdır. Ona görə ki, biz dövlət və millət olaraq ABŞ kimi super dövlətin Prezidentinin xalqımızın və dövlətimizin başçısının ünvanına “Siz böyük lidersiniz” və “Xalqınız böyük xalqdır” kimi sözlər deməsinə nail olduq. İndi bizim “Biləcəri sindromu”ndan da qurtulmağımızın vaxtı çatıb. Məncə, düşünməyə dəyər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

