Daha bir münaqişə sona çatdı
05.12.2025 [09:14]
Ruanda və Konqo arasında sülh...
Uzun illər davam edən Ruanda-Konqo münaqişəsinə birdəfəlik son qoyulması üçün zəmin yaranıb. Donald Trampın şahidliyi ilə Ağ Evdə Konqo Demokratik Respublikasının (KDR) Prezidenti Feliks Çisekedi və Ruanda Prezidenti Pol Kaqamenin sülh sazişi imzalaması bunu deməyə əsas verir. Saziş həmçinin faydalı qazıntılarla zəngin olan regiona ABŞ investisiyalarının cəlb edilməsini nəzərdə tutur.
Hələ bir neçə gün əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt təsdiqləmişdi ki, Prezident Donald Tramp dekabrın 4-də Ruanda və Konqo Demokratik Respublikasının liderləri - Pol Kaqame və Feliks Çisekedini sülh sazişini imzalamaq üçün qəbul edəcək: “Cümə axşamı Prezident Tramp Ruanda və Konqo Demokratik Respublikasının prezidentlərini tarixi sülh və iqtisadi saziş imzalamaq üçün qəbul edəcək. Bu sazişin əldə olunmasında o, vasitəçi kimi çıxış edib”.
“23 Mart Hərəkatı” Konqoya qarşı...
Xatırladaq ki, tərəflər arasında silahlı münaqişə müəyyən fasilələr olmaqla uzun illərdir davam edir. Sonuncu dəfə Konqo ilə Ruanda arasındakı müharibə 2022-ci ilin martında Ruanda hökumətinin dəstəklədiyi “23 Mart Hərəkatı” (M23) üsyançılarının hücumu ilə başlayıb. Münaqişə əsasən Konqonun resursla zəngin Şimali və Cənubi Kivu əyalətlərini əhatə edib. Bölgədəki döyüşlər yüz minlərlə insanın ölümünə və milyonlarla insanın evindən didərgin düşməsinə səbəb olub. Üsyançılar Konqo Demokratik Respublikasının şərqində iki vilayətin paytaxtı da daxil olmaqla 100-dən çox şəhər və yaşayış məntəqəsini ələ keçiriblər. Onların nəzarətində olan ərazilərdə hökumətə tabe olmayan yerli idarəetmə orqanları yaradılıb.
Donald Tramp ABŞ-da yenidən hakimiyyətə gəldikdən sonra bu münaqişənin də başa çatması üçün təşəbbüslər göstərib. Bunun nəticəsi olaraq iyun ayında ABŞ Dövlət katibi Marko Rubionun iştirakı ilə Vaşinqtonda KDR-in xarici işlər naziri Tereza Kayivamba və Ruandanın xarici işlər naziri Oliver Nduhunqirehe saziş imzalayıb. ABŞ və Qətərin vasitəçiliyi ilə imzalanmış saziş ərazi bütövlüyünə hörmət və hərbi əməliyyatların qadağan edilməsi, qeyri-dövlət silahlı qruplarının tərksilahı, təhlükəsizlik məsələlərinin əlaqələndirilməsi üçün birgə mexanizmin yaradılması ilə bağlı müddəaları ehtiva edir.
Tərəflər, həmçinin qaçqınların və məcburi köçkünlərin geri qaytarılmasının asanlaşdırılması, humanitar yardımların açılması və regional iqtisadi inteqrasiya strukturunun yaradılması barədə razılığa gəliblər.
Kim haqlıdır?
Lakin bu razılaşmadan bir müddət sonra Ruanda Prezidenti Pol Kaqame ABŞ-ın vasitəçiliyi əsasında Konqo ilə imzalanmış sülh sazişinin həyata keçirilməsinə şübhə ilə yanaşdığını bildirmişdi. Razılaşma Ruanda qoşunlarının 90 gün ərzində BMT-nin bu ilin əvvəlində regionun ən böyük iki şəhərini ələ keçirmiş M23 üsyançılarına dəstək verdiyi deyilən Şərqi Konqodan çıxarılmasını nəzərdə tutur. Ruanda hökuməti isə öz növbəsində M23-ü dəstəklədiyini inkar edir və silahlı qüvvələrinin Konqo ordusuna və 1994-cü ildə Ruanda soyqırımı ilə əlaqəli Hutu milislərinə, o cümlədən Ruandanın Azadlığı Uğrunda Demokratik Qüvvələrə (FDLR) qarşı özünümüdafiə üçün hərəkət etdiyini bildirib.
Kaqame jurnalistlərə deyib ki, Ruanda imzaladığı müqaviləyə sadiqdir, lakin Konqo ölkəsinə qarşı terrorçuları zərərsizləşdirmək üçün verdiyi vədləri yerinə yetirməsə, bu, problemlərə yol aça bilər.
Aİ hər iki ölkəyə dəstək verəcək
Nəhayət, tərəflər iyulun 19-da Dohada aparılan danışıqlar zamanı sülh sazişini imzalamaqla bağlı razılığa gələ bildilər və Ağ Evdə bu hadisə reallaşmış oldu. Öz növbəsində, Avropa İttifaqı (Aİ) Ruanda və Konqo Demokratik Respublikasına (KDR) iqtisadi və siyasi dəstək göstərməyə hazır olduğunu bəyan edib. Aİ-nin ali nümayəndəsi Kaya Kallas bildirib ki, Konqo və Ruanda arasında saziş onillik münaqişənin sona çatması istiqamətində mühüm addımdır: “Bunun mümkün olmasında ABŞ-ın iştirakını alqışlayıram. Sazişin uğurlu olması üçün regional tərəfdaşların iştirakı vacibdir. Aİ həm siyasi, həm də iqtisadi dəstək göstərməyə hazırdır”.
Beləliklə, Donald Tramp daha bir münaqişənin həllində vasitəçi oldu. Sülh sazişinin nə qədər dayanıqlı olmasını isə zaman göstərəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26

