Ukraynanın NATO yoluna “yaşıl işıq” yandırılacaqmı?
03.05.2023 [10:50]
Bunun üçün Alyans yekdil qərar verməlidir
Bir il üç aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi Avropanın yeni hərbi və siyasi mənzərəsinə də mühüm təsirlər göstərdi. Belə ki, Rusiyanın apardığı eskalasiyaya qarşı Avropanın demək olar ki, bütün dövlətlərinin eyni mövqedən çıxış etməsi təsəvvürlərdə Qərb-Rusiya qarşıdurmasının yeni fazasını formalaşdırdı. Bu isə, öz növbəsində Rusiyanın NATO ilə yeni II Soyuq Müharibənin ardından hərbi toqquşması demək idi. Bir sıra hərbi mütəxəssislər bu rəyin təsdiqi üçün NATO ölkələrinin ötən dövr ərzində Ukraynaya etdiyi yardımlara nəzər salmağı tövsiyyə edir - təbii ki, bu yardımlar daha da artıq ola bilərdi, amma Ukraynanın Alyansın tamhüquqlu üzvü olmaması buna maneçilik törədir. Bu baxımdan da, hələ ötən ilin aprel ayından bəri Ukraynanın NATO üzvü olmasının vacibliyini özündə əks etdirən açıqlamalar gündəmə gəlir. Prosesin əvəlində bütövlükdə, Qərbin rəyi üzvlüklə bağlı lazım olan müddətin tezləşdirilməsi üçün xüsusi imtiyazların tanınması şəklində idisə, artıq prosedurun uzunmüddətli olması kimi fikirlər məsələyə hakim kəsilib.
Zelenskinin çağırışları...
Ukrayna isə bu kimi fikirlərə qarşı kəskin mövqedədir. Hələ ötən ilin sonlarında İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Parlament Assambleyasının iclasının iştirakçılarına onlayn müraciət edən Ukrayna prezidenti Volodimir Zelenski üzv ölkələri Kiyevin Avropa İttifaqı və Şimali Atlantika Alyansına üzvlük müraciətlərini dəstəkləməyə çağırmışdı. O bildirmişdi ki, “Tarix bizi ideoloji divarların müxtəlif tərəflərinə aparıb. Amma divarlar uçub, bütün dəyərlərimiz qorunub saxlanılıb. Təkcə mən yox, milyonlarla insanımız və sizin dövlətlərin vətəndaşlarının əksəriyyəti Ukraynanın Avropa və Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir. İndi biz sizinlə dəyərlərimizi təkcə meydanlarda və küçələrdə deyil, genişmiqyaslı müharibədə döyüş meydanında müdafiə edəndə Ukraynanın Avropadan uzaqlaşdırılmasının nə qədər ədalətsiz və qeyri-təbii olduğu tamamilə göz qabağındadır”.
“Zelenski hər kəsi Ukraynanın Alyansa üzvlüklə bağlı müraciətini dəstəkləməyə çağırmışdı.
Təbii ki, bu çağırış həm də Rusiya-Ukrayna müharibəsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Ukrayna bu addımla özünümüdafiə instinkti formalaşdırmağa, qurumun nizamnaməsinə əsasən Rusiyaya qarşı NATO-nu tam gücü ilə döyüşə sövq etməyə çalışırdısa, Alyans isə uzun illərdir davam edən qütblərarası savaşı bitirmək üçün fürsət qazana bilərdi. Amma bütövlükdə NATO ölkələrinin rəyi eyni deyildi. Təbii ki, istisnalar hər zaman olub. Amma indiki halda bütövlükdə, Mərkəzi Avropa Rusiyaya qarşı birtərəfli müharibənin tam əleyhinədir.
Qərb dəstəkləyir...
Bu qərarı dəstəkləyənlər də az deyil. Belə ki, Ukraynanın NATO-ya tamhüquqlu üzv olması məsələsi Finlandiyanın bu hüququ qazanmasının ardından daha çox aktuallışıb. Məsələn, Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynanın gələcəkdə NATO-ya daxil olacağını bildirməklə yanaşı, ölkəsinin Ukraynanın Alyansla yaxınlaşması üzərində işlədiyini diqqətə çatdırmışdı. Sunak vurğulamışdı ki, Britaniya Ukrayna ordusunun NATO standartlarına cavab verməsi üçün əlindən gələni edir.
NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynanın uzunmüddətli dövrdə NATO-nun üzvü olacağını bildirib. Onun fikrincə, NATO müttəfiqləri Ukraynanın alyansın üzvü olacağı barədə razılığa gəliblər, lakin bu, həm də uzunmüddətli hadisədir.
Avropa məkanından da bu fikri dəstəkləyənlər az deyil. Məsələn Baltikyani ölkələr və Polşa ilə yanaşı, Çexiya da Ukraynanın NATO üzvü olmasında israr edən dövlətlərdən sayılır. Çexiyanın prezidenti Pyotr Pavel bildirmişdi ki, Ukrayna mütləq NATO üzvü olmalıdır. Onun fikrincə, müharibə bitən kimi Ukraynanın NATO-ya üzv olmasına icazə verilməlidir. “Ukrayna ordusu yəqin ki, Avropanın ən təcrübəli ordusu olacaq. Ukrayna demokratik ölkələr birliyinin bir hissəsi olmağa layiqdir. Məncə onlar həqiqətən buna layiqdirlər”, - deyə Pavel bildirib.
Ukraynanın NATO-ya üzvlüyünü bütün alyans müəyyən etməlidir...
Təbii ki, Alyans üzvlüyü olduqca mühüm məsələdir. O baxımdan ki, belə bir qərarın qəbul olunması həmin dövlətin sərhədlərinin təhlükəsizliyi baxımından da mühüm üstünlüklər yaradır. Başqa sözlə, bu dövlətlərin təhlükəsizliyinin təmin edilməsi birbaşa Alyansın öhdəliyidir. Ukraynanın NATO-ya qəbul edilməsi isə qurumun aparıcı dövlətlərinin Kremllə üz-üzə dayanması demək olacaq. Bu mənada, veriləcək qərar bir az düşündürücü ola bilər. ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Vaşinqtonun Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı məsələyə münasibətini bildirərkən deyib ki, Ukraynanın NATO-ya üzvlüyü kollektiv qərardır və bunu bütün alyans müəyyən etməlidir. Patel ABŞ-ın alyansın açıq qapı siyasətini dəstəklədiyini vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Ağ evin sözçüsü Karine Jan-Pierre bildirmişdi ki, NATO-ya yeni üzvlərin, o cümlədən Ukraynanın qəbulu ilə bağlı qərarı təşkilatın özü verməlidir. O, həmçinin əlavə etmişdi ki, bu gün Vaşinqton üçün prioritet Kiyevə iqtisadi və humanitar yardım göstərməkdir.
“Yekdil rəy” problemi Ukraynaya yenə mane olur...
Görünən budur ki, Ukraynanın quruma mümkün üzv edilməsi prosesi yenidən təxirə düşür. O baxımdan ki, hətta yeni konsepsiyanın fonunda belə NATO Rusiyaya qarşı qəti mübarizə təşkil etmək iqtidarında deyil - bəlkə də, bunu hələlik istisna edir. Burada ortadakı “problemə” yanaşma məsələsi böyük əhəmiyyət daşıyır. Xatırladaq ki, bir müddət öncə Ukraynanın Avropa İttifaqına daxil olması məsələsi də gündəmə gəldiyi zaman aparıcı Qərb blokunun təziqlərinə baxmayaraq, bəzi dövlətlər bunu heç də zərurət kimi dəyərləndirməmişdilər. Əsasən Şərqi və Mərkəzi Avropa dövlətləri Ukraynanı, da digər “namizədliyə namizəd” ölkələr kimi prosedurlara riayət etməli olduğunu diqqətə çatdırmışdı. Bütün bunlar isə ümumi halda bir faktı növbəti dəfə təsdiqləyir - Rusiyaya münasibətdə aqressiyanı deyil, mümkün kompromisi daha effektiv alternativ kimi qəbul edən ölkələr hələ də mövcuddur. Bu dövlətlər Avropa coğrafiyasını fərqli maraqların savaş poliqonu kimi görmək istəmirlər. Bir müddət öncə Avropa Komissiyası rəsmilərinin İttifaqda “yekdil rəy” platformasının ləğvini gündəmə gətirməsi də məhz bu fikir ayrılıqlarından qaynaqlanırdı.
Hazırda NATO platformasında da buna bənzər ab-hava hökm sürməkdədir. Bu, artıq məsələnin birbaşa güc yolu ilə həllini də istisna edir - xüsusi vurğulanmalıdır ki, bəzi Alyans üzvü olan ölkələr bu gün də Rusiya ilə ikitərəli ticari əlaqələrini kəsməyiblər. Ukraynada davam edən müharibəyə münasibəti NATO ilə üst-üstə düşməsinə baxmayaraq, həmin ölkələr tam gücü ilə Rusiyanın çökdürülməsinə də qarşıdırlar. Bu dövlətlər daha liberal yanaşma ilə problemin həllində “qızıl orta”nın müəyyənləşdirilməsinin tərəfdarı kimi çıxış edirlər. Onlar daha təhlükəsiz və iqtisadi əlaqələrin daha geniş olduğu Avropanın geridönüşünü arzulayırlar.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51

