Yaxın Şərqdə yeni müharibə: husilərin aqibəti necə olacaq?
16.01.2024 [11:39]
Murad Köhnəqala
Bir neçə gündür dünyanın diqqəti Yəmənə yönəlib. ABŞ və Böyük Britaniya hərbi qüvvələrinin husilərin hədəflərinə endirdiyi zərbələr Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da dramatikləşdirib.
Bəs husilər kimdir və onlar nə istəyirlər?
Özlərini “husi” adlandıran bu üsyançı qrup əsasən Yəmənin şimalında baş qaldıran yerli şiə üsyanlarının aparıcı qüvvəsi olub. 2014-cü ildə Yəmən prezidenti Əli Abdullah Salehin devrilməsinin ardınca baş verən xaos fonunda husilər cənuba doğru irəliləyib, ölkənin əsas yaşayış mərkəzlərini ələ keçiriblər. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənə müdaxilə edib. Səudiyyənin məqsədi qiyamçı husiləri hakimiyyətdən uzaqlaşdırmaq və beynəlxalq səviyyədə tanınmış hökuməti bərpa etmək idi. O vaxt Səudiyyə rəsmiləri müharibəni altı həftəyə bitirə biləcəklərinə inanırdılar. Lakin aradan doqquz il keçsə də, husi problemi hələ də həll olunmayıb.
Husilərin yerləşdiyi obyektləri darmadağın etmək üçün regiondakı Böyük Britaniya qüvvələri əsasən hava zərbələrinə üstünlük verib. Lakin göründüyü kimi, bu üsul husiləri sıxışdırmaq üçün kifayət etməyib. İngilis qoşunlarının qruplaşma ilə bacara bilmədiyini görən Birləşmiş Ərəb Əmirlikləri Yəmənə minlərlə əsgəri qüvvə göndərib. Həm BƏƏ, həm də Səudiyyə son model ABŞ silahlarına sahib olsa da, husilər üzərində qələbə qazana bilməyib. 2019-cu ilin sonunda hər iki ərəb ölkəsi müharibəyə son qoymaq üçün qiyamçı dəstə ilə danışıqlar aparmağa məcbur olub.
Husilər isə dəfələrlə bəyan ediblər ki, onlar “son yəmənliyə qədər” döyüşməyə hazırdırlar.
Ərzaq və dərman böhranı
Hazırda ölkə dünyanın ən ağır humanitar böhranını yaşayır. BMT-nin hesablamalarına görə, Yəməndə müharibə başlanandan bəri 223 min insan aclıqdan və tibbi vasitələrin çatışmazlığı ucbatından ölüb. Əhalinin 80%-i yoxsulluq içində yaşayır. Husilər isə bu ağır vəziyyətdən heç də narahat olmurlar. Vaxtilə Yəmənin cənub-qərbindəki Taiz şəhərini uzun müddət mühasirədə saxlayaraq dinc əhali üçün göndərilən ərzaq və dərman yardımını kəsən husi dəstələri indi İsraili eyni ittihamla günahlandırmağa çalışır.
Hərbi analitiklərin fikrincə, minlərlə döyüşçüsünü qurban verib, ölkəsini viran qoyan doqquz illik müharibədən sonra yenidən toparlanan bu qrupun qarşısını hazırkı lokal əməliyyatlarla almaq mümkün deyil.
Əməliyyat nə ilə nəticələnə bilər?
Son əməliyyatlar zamanı ABŞ qüvvələri hədəfə tam dəqiqliyi ilə çatan 100-dən çox bombadan istifadə edərək, qrupun 16 hədəfinə 60-dan artıq zərbə endirib. Bu zaman komanda-idarə məntəqələri, sursat anbarları, buraxılış məntəqələri, istehsalat obyektləri və hava hücumundan müdafiə radarları hədəfə alınıb. Böyük Britaniyanın 4 döyüş təyyarəsi isə husilərə məxsus pilotsuz təyyarələrin və raketlərin uçuşa hazırlandığı iki aerodromu bombardman edib.
Hazırda üsyançıların itkiləri barədə konkret rəqəmlər söyləmək çətindir. Husi arsenalının nə qədərinin bu hücumlardan sağ çıxdığı bəlli deyil. Onlara dağılışmaq və ya təslim olmaq üçün bir neçə həftə vaxt verilmişdi. Ekspertlərə görə, əgər son əməliyyatlar zamanı qruplaşmanın əksər üzvləri məhv edilibsə, azlıqda qalan husilər Qərb qüvvələrinə qarşı raket zərbələrinin sayını azaldacaqlar. Bu da onların ABŞ və Böyük Britaniya hərbi gəmiləri tərəfindən tamamilə nəzarətə götürülməsinə, eləcə də bölgədə kommersiya daşımaları üçün təhlükəsiz şəraitin yaradılmasına gətirib çıxaracaq.
Yox, əgər arsenalın əsas qüvvəsinin məhv olmadığı ortaya çıxarsa, husilər öz fəaliyyətlərini əvvəlki kimi davam etdirə, hətta aktiv hərəkata keçə bilərlər. Ekspertlər düşünürlər ki, ikinci versiya real olarsa, qruplaşma maddi-texniki resurslarını daha da artıracaq. Husilərin İrandan aldığı raketlər, pilotsuz uçan aparatlar, kəşfiyyat və texnologiyadan ibarət hərbi yardımlar onların ayaqda qalması üçün vacib olsa da, istifadə olunan raketlərin əksəriyyətini, eləcə də bəzi dron növlərini üsyançılar özləri istehsal edirlər.
Husilər niyə populyarlaşıb?
Ümumən, Qərblə qarşıdurma bir növ husilərin xeyrinə işləmiş oldu. Onların Qırmızı dənizdəki hərəkətləri, ərəb hökumətlərinin Qəzzadakı müharibəyə seyirçi qaldığı bir zamanda Fələstinə qahmar çıxmaları, Qərb koalisiyasına müqavimət göstərmələri bu qruplaşmaya ərəb dünyasında ümumi rəğbət qazandırıb. İsrail-HƏMAS savaşında ABŞ prezidenti Co Baydenin İsraili dəstəkləməsi səbəbindən ərəb coğrafiyasında antiamerikanizm ovqatı daha da yüksək səviyyəyə qalxıb. Belə bir məqamda husilərin ABŞ-ın hədəfinə çevrilməsi ərəb dünyasında bu qrupun populyarlığının artmasına səbəb olub.
Bununla yanaşı, husilərin Səudiyyə Ərəbistanı ilə sülh danışıqlarındakı mövqeyi də güclənə bilər. Çünki qruplaşmanın Körfəz ölkələrini raket və ya pilotsuz təyyarələrlə hədəfə almaq imkanları var. Analitiklərə görə, Birləşmiş Ştatlar Yaxın Şərqdə daha bir münaqişəyə cəlb olunmaq istəmir. Lakin görünən odur ki, husilərin yaxın zamanlarda dinc oturmaq niyyəti yoxdur. Üsyançı dəstə onlara qarşı illərlə amansız mübarizə aparmış keçmiş Yəmən lideri Salehin əlindən belə qurtula bilib. Husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanı da illərlə sürən mübarizələri hesabına yorub uzaqlaşdırıblar.
Qruplaşmanın indiki hədəfi isə Qərb qüvvələridir. Artıq onların Qərb koalisiyasını savaşa cəlb etdiyini söyləmək olar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49

