Türkiyənin NATO qarşısında yeni tələbi
16.02.2024 [10:55]
Ankara Ruttedən qərəzsizliklə bağlı zəmanət istəyir
NATO-nun Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır. Alyansa başçılıq etməyə ən real namizədlərdən biri isə Hollandiyanın baş naziri Mark Ruttedir. Amma bu məsələ də tam aydınlığa qovuşmayıb. “Bloomberg” Türkiyənin Ruttenin namizədliyini təsdiqləməyə tələsmədiyini yazır.
Belə ki, Türkiyə Hollandiyanın baş naziri Mark Ruttedən onun NATO-nun növbəti baş katibi olmaq üçün namizədliyini təsdiqləməzdən əvvəl zəmanət istəyir. Bildirilib ki, Türkiyə Rutte və ya başqa bir namizədin Avropa İttifaqı üzvlərinə qarşı qeyri-obyektiv olmamasını, xüsusən də Aİ-yə üzv olan Yunanıstan və üzv dövlətlər Yunanıstan və Yunan Kiprin təzyiqlərinə boyun əyməməsini təmin etmək niyyətindədir.
Tərəfdaşlıqlara daxil olmaq istəyi
Türkiyə həmçinin Ruttedən Ankaranın Aİ ilə NATO tərəfdaşlıqlarına daxil olmasına icazə verməsini, NATO müttəfiqləri arasında müdafiə silahları ixracına məhdudiyyətlərin olmamasını təmin etməsini istəyir. Bildirilib ki, Türkiyə Ruttenin namizədliyini hələlik konkret olaraq təsdiqləməmiş azsaylı ölkələrdən biri olsa da, ölkə rəhbərliyi vəzifəsini tərk edən baş katib Stoltenberqin əvəzlənməsinə prinsipial olaraq açıqdır.
Qeyd edək ki, Hollandiyanın baş naziri son həftələrdə Şimali Atlantika Müqaviləsi Təşkilatına rəhbərlik etməyə əsas namizəd kimi ortaya çıxdı və heç bir ölkə ona birbaşa veto qoymadı. İyul ayında Hollandiya hökuməti Ankaranın Suriyanın şimalındakı antiterror əməliyyatlarından sonra Türkiyəyə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırdı. Bu qərar Türkiyənin aylarla davam edən danışıqlarından - İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə razı olmasından sonra verilib.
Müraciətlər hələ təqdim edilməyib
Rəsmilər bildiriblər ki, Türkiyə hələ də Rutteyə tələblər siyahısını göndərməyib. Hollandiya lideri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci ildə iki ölkə arasında baş verən gərginlikdən sonra münasibətlərini yumşaldıb və əlaqələri bərpa ediblər. Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır və onun yerinə yeni baş katib təyin etmək üçün hazırda sayı 31 olan bütün NATO müttəfiqlərinin yekdil qərarı tələb olunur. Bu mənada Ruttenin NATO-ya liderliyini dəstəkləyən ölkələr yarışın yaxın bir neçə ay ərzində başa çatmasını təmin etmək üçün pərdə arxasında çalışırlar.
Fransa və Almaniya da daxil olmaqla, NATO-nun əsas ölkələrinin geniş dəstəyinə baxmayaraq, NATO səfirləri Ruttenin namizədliyini hələ rəsmən təsdiqləməyib.
Xatırladaq ki, Estoniyanın baş naziri KaYa Kallas və Latviyanın xarici işlər naziri Krişyanis Karins ötən il baş katibliyə maraq göstərsələr də, ölkələri onların namizədliyini rəsmən irəli sürməyib.
Türkiyə haqlıdır!
Politoloq Tural İsmayılov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Türkiyə bu məsələdə çox haqlıdır: “NATO elə bir qurumdur ki, burada bütün üzvlərin və NATO ilə əməkdaşlıq edən ölkələrin siyasi hakimiyyətlərinin fikirləri nəzərə alınmalıdır. Əvvəla onu qeyd edim ki, Türkiyə baxımından Mark Rutte seçim olaraq çox uğurlu sayıla bilməz. Bu mənada NATO baş katibliyinə müzakirələr istənilən halda Türkiyə-NATO münasibətlərinə təsir göstərəcək. Mark Rutte daha çox islamofob və türkofob siyasətçi kimi tanınır. Bu mənada Türkiyə ondan NATO-nun baş katibi seçiləcəyi təqdirdə eyni xətti davam etdirməyəcəyi ilə bağlı təminat almaq istəyir. Türkiyənin əsas istəyi Mark Ruttenin obyektiv bir baş katib olmasıdır. NATO üzvü olan başqa ölkələrin də Mark Ruttenin sədrliyinə birmənalı yanaşmadığını düşünürəm. Çünki radikal sağçı meyllərə malik və bəzi hallarda qeyri-obyektiv yanaşmalar sərgiləyən bir adamın NATO-da baş katib vəzifəsinə gəlməsi bütövlükdə Alyansın gələcəyini və reputasiyasını təhdid edir. Bu baxımdan Mark Rutte NATO üzvü ölkələr tərəfindən konsensusla qəbul ediləcək sima olmayacaq. Onun bu posta seçilmə ehtimalı hələ ki tam deyil”, - deyə T.İsmayılov vurğulayıb.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

