Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kiyevə dron hücumu edilib, azı 3 nəfər ölüb

Kiyevə dron hücumu edilib, azı 3 nəfər ölüb

26.10.2025 [14:36]

Rusiya ordusu oktyabrın 26-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə hava hücumu edib.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilib. Zərərsizləşdirilən dronlar Kiyevin bəzi yaşayış binalarında yanğına səbəb olub.

Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb ki, hava hücumu nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb, 27 nəfər yaralanıb. Xəsarət alanların 3-ü uşaqdır.

Onun sözlərinə görə, zərərsizləşdirilən dron paytaxtın Desnyansk rayonunda doqquzmərtəbəli binanın ikinci mərtəbəsinə düşüb. Bir neçə mənzil yanıb, yanğın dördüncü və yeddinci mərtəbələrdəki eyvanlara keçib. Artıq yanğın söndürülüb.

Digər ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasında mənzillərin pəncərə və qapıları, altıncı və səkkizinci mərtəbələrin fasadı və tavanı qismən zədələnib. Beş nəfər xilas edilib.

Dronun qalıqları, həmçinin Obolon rayonunda 16 mərtəbəli yaşayış binasının üzərinə düşüb. Bir mənzilə ziyan dəyib. Yanğın və ya konstruksiyaya ziyan dəyməyib.

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31