Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi
22.09.2026 [11:10]
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Türk Dövlətləri Təşkilatının güclənməsində və strateji xəttinin müəyyən edilməsində Azərbaycan Respublikasının və Prezident İlham Əliyevin xüsusi xidmətləri vardır. Azərbaycan xarici siyasətində türk dünyası ilə əlaqələrin dərinləşdirilməsini və TDT-nin daha da güclənməsini prioritet istiqamət kimi müəyyən edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Prezident cənab İlham Əliyev bildirib ki, TDT ölkələri çox geniş coğrafi məkanda yerləşir və ərazilərindən təkcə üzv ölkələr üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil. Azərbaycan həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının beynəlxalq bazarlara tranzitini həyata keçirir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın coğrafi mövqeyi bütün Türk dövlətləri üçün maksimum fayda ilə layihələrin həyata keçirilməsini şərtləndirir.
İkitərəfli əməkdaşlığa toxunan Prezident qeyd edib ki, Azərbaycan TDT-yə üzv ölkələrlə fəal əməkdaşlıq edir. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Bu, ikitərəfli münasibətlərin ən yüksək səviyyəsidir. Eyni zamanda Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Prezident bir daha vurğulayıb ki, ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, bizim əsas xarici siyasət prioritetimizdir. Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.
Ölkəmiz təşkilatın fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsi, onun beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və qlobal müstəvidə nüfuzunun artması üçün davamlı təşəbbüslər irəli sürür. Şuşada keçirilən Zirvə görüşləri, qəbul edilən Qarabağ Bəyannaməsi və digər mühüm sənədlər göstərir ki, Azərbaycan türk birliyinin möhkəmlənməsi və təşkilatın potensialının tam reallaşdırılması üçün öz imkanlarından maksimum istifadə edir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

