Ağcabədidə Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib
22.09.2026 [15:18]
Ağcabədidə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş “Azərbaycanın Suverenliyi: Tarixi irs və müasir inkişaf” mövzusunda ümumrayon konfransı keçirilmişdir.
Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının əməkdaşları və YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən, rəşadətli Azərbaycan Ordusunun keçirdiyi uğurlu anti-terror əməliyyatlarından və qəhrəmanlıq missiyasından bəhs edən sənədli film nümayış etdirilmişdir.
Konfransda Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Fuad Musayev məruzə edərək Azərbaycanın dövlətçilik tarixindən, dövlət suverenliyinin bərpasının tarixi əhəmiyyəti barədə geniş məlumat vermişdir.
Konfransda müharibə veteran Mahir Baxışov və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Əminə Mehtiyeva çıxış edərək, dövlət suverenliyimizin bərpasının tarixi irsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki müstəsna rolundan söz açmışlar.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov konfransda çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyimizin tam bərpa edildiyini vurğulamışdır. Şanlı qələbədən sonra azad edilmiş torpaqlarımızda yeni era başlandığını bildirən R.Hüseynov, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz bərpa və yenidənqurma işlərinə diqqət çəkmişdir:“Bu gün işğaldan azad edilmiş şəhər və kəndlərimizdə sürətlə aparılan bərpa-quruculuq işləri dövlətimizin qüdrətinin və iqtisadi potensialının bariz göstəricisidir. Bölgədə inşa olunan modern infrastruktur obyektləri, yeni yollar, körpülər, elektrik stansiyaları, hava limanları, eləcə də, yenidən qurulan yaşayış məntəqələri “Böyük Qayıdış” proqramının uğurla icra edildiyini sübut edir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qarabağda müasir memarlıq üslubu ilə tarixi irsin vəhdəti şəraitində salınan ağıllı şəhər və kəndlər keçmiş məcburi köçkünlərimizin öz doğma ocaqlarına təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin edir.” Natiq çıxışında şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının hər zaman diqqət mərkəzində olduğunu vurğulamışdır.
Natiq çıxışının sonunda tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar diləmişdir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

