Türk Dövlətləri Təşkilatının güclənən mövqeyi və təhlükəsizlik tərəfdaşlığı
22.09.2026 [15:34]
Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə etməsi müasir dövrün ən vacib reallıqlarından biridir. Azərbaycan Prezidenti İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə keçirilən görüşdə vurğuladığı kimi, təşkilatın böyüyən gücü və geosiyasi çəkisi regionda sülhün və təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynayır. Bu gün dövlətlərimiz arasında mövcud olan mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirən təməl sütunlardır. Dövlət başçısının qeyd etdiyi kimi, Türk dünyası bizim ailəmizdir və bu ailənin birliyi ümumi gələcəyimizin təminatıdır.
Hazırda mürəkkəb qlobal proseslərin cərəyan etdiyi bir şəraitdə beynəlxalq hüquq iflic vəziyyətinə düşüb. İkiüzlü standartların və güc amilinin ön plana çıxdığı bir zamanda Türk dövlətlərinin sıx həmrəylik nümayiş etdirməsi həyati əhəmiyyət kəsb edir. Buna baxmayaraq, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Daxili sabitliyin qorunması, ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyətin nəzarət altında olması xalqlarımızın dinc yaşamasına şərait yaradır. Lakin arxayınlaşmaq olmaz, çünki bugünkü təhdidlər ideoloji xarakter daşıyır və kənardan edilən təsir cəhdləri daha incə üsullarla həyata keçirilir. Bu baxımdan, birgə fəaliyyətimizin səmərəliliyini artırmaq üçün zəif yerlərimizin harada olduğunu müəyyənləşdirmək faydalı olacaq.
Təhlükəsizliklə yanaşı, Türk dünyasının iqtisadi və energetika potensialı da sürətlə artır. Azərbaycan bu prosesdə strateji körpü rolu oynayır. Biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının kəsişməsində yerləşən regionumuz qlobal logistikada əvəzolunmaz mövqeyə sahibdir. Bununla yanaşı, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Bu böyük insan resursunun düzgün istiqamətləndirilməsi üçün gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik.
TDT çərçivəsində ikitərəfli və çoxşaxəli əlaqələr də yüksələn xətlə inkişaf edir. Əlbəttə ki, bu münasibətlər sistemində Türkiyə-Azərbaycan əlaqələrinin xüsusi yeri, rolu var. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan bu münasibətlər bütün Türk dünyası üçün bir nümunədir. Digər tərəfdən, Mərkəzi Asiya dövlətləri ilə də dostluq bağları sürətlə dərinləşir. Məsələn, Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalamışıq ki, bu da strateji tərəfdaşlığımızın tarixi zirvəsidir. Ölkələrimiz arasında mənəvi-mədəni bağlar da çox güclüdür. Bakıda Əlişir Nəvainin abidəsi ucaldılıb, Daşkənddə isə Nizami Gəncəvinin abidəsi var. Bu, xalqlarımızın bir-birinin mədəni irsinə verdiyi yüksək dəyərin bariz göstəricisidir.
Qazaxıstanla da münasibətlərimiz strateji xarakter daşıyır və dinamik inkişaf edir. Biz bundan sonra da fəal qarşılıqlı fəaliyyət göstərəcək, Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə çalışacağıq. Yekun olaraq deyə bilərik ki, Türk Dövlətləri Təşkilatının güclənməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi və ideoloji təhdidlərə karşı birgə mübarizə aparılması regionumuzun işıqlı gələcəyini və dayanıqlı inkişafını təmin edən əsas amildir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

