Bilik Fondunda mətbuat konfransı keçirilib
19.09.2014 [09:51]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən Fondun icraçı direktoru Oqtay Səmədov qurumun strukturları barədə danışıb.
Qeyd edilib ki, müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin etməyi qarşısına məqsəd qoyan Fond artıq bir sıra uğurlara imza atıb. Bundan başqa, vətəndaşlarımızın müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi inkişafının təmin olunması üçün tədbirlərin həyata keçirilməsi, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməsi Bilik Fondunun vəzifələrinə daxildir: “Fondun “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirilən layihələri ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb, əsasən bölgə əhalisinin, o cümlədən, məktəblilərin maariflənməsində müstəsna rol oynayıb. Bu sırada “Qardaşlaşmış məktəblər” layihəsini xüsusi vurğulamalıyıq. “Qardaşlaşmış məktəblər” layihəsi ölkəmizin müxtəlif bölgələrində olan 20 məktəbi qardaşlaşdırıb, onların arasında qardaşlaşma sazişi imzalanıb. Hər rayonda 2 gün davam edən tədbirlər şagirdlərin biliklərinin, dünyagörüşlərinin artırılması, ölkələrini daha yaxından tanımaları üçün böyük fayda verib. Sentyabrın 15-də Fondun ekspert-alimləri, xarici ölkə səfirləri 70-ə qədər məktəbdə “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə deyiblər. Fondun monitorinq qrupunun ilkin araşdırmasından məlum olub ki, mühazirələr həm məktəb kollektivi, həm də rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Proses bütün məktəbləri əhatə edənə qədər davamlı olacaq”.
Qeyd edilib ki, Bilik Fondunun həyata keçirdiyi layihələrdən biri də “Dini abidələrdə tarixin izləri” layihəsidir. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, müəyyən bərpa işləri aparılacaq. Bu yöndə ilk işlər Bərdə “İmamzadə” kompleksində həyata keçiriləcək.
Bununla yanaşı, Bilik Fondu “Auditoriya+”, “Ustad və şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültələri”, “Epizod”, “Məscidlərdə kitabxana”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” və başqa layihələrə də başlayır. Bilik Fondunun rayonlar üzrə 75 nümayəndəsi təyin olunub. Fond fəaliyyətini həmin nümayəndələrlə əlaqəli qurur. Gələcəkdə Fondun yerlərdə filialları, xarici ölkələrdə nümayədəlikləri açılacaq. Yaxın günlərdə isə Fondun Bülleteni dərc olunacaq, dövri mətbu orqanı olan elmi-kütləvi dərgi işıq üzü görəcək.
O.Səmədov onu da vurğulayıb ki, Bilik Fondu jurnalistlərin yetişməsinə də dəstək verəcək. Onun sözlərinə görə, orta təhsilin son pilləsində tələbə olmaq istəyənlər bir neçə fənn üzrə hazırlaşırlar. Buna görə də onlarda öz fikirlərini ifadə etmək cəhətdən problemlər yaranır: “Biz bu istiqamətdə də işlər görə bilərik. Belə ki, gələcəkdə jurnalistika ixtisası üzrə hazırlaşan abituriyentləri bizdə keçiriləcək təlimlərə cəlb edə bilərik. Fond olaraq biz də jurnalistlərlə təkcə xəbər ötürücüsü olaraq deyil, həm də onlarla əməkdaşlıq edən və eyni məqsədə qulluq edən bir qurum kimi fəaliyyət göstərmək istəyirik. Gələcəkdə yeni layihəyə başlamaq istəyirik ki, bu da “Yaradıcılıq fakültələri” adlı layihəmizdir. Jurnalistika üzrə təlimləri bu layihə çərçivəsində icra etmək niyyətindəyik”.
O.Səmədovun sözlərinə görə, maddi-texniki baxımdan Fond orta məktəblərə dəstək olmaqda maraqlıdır. O qeyd edib ki, məktəblərə müxtəlif kitabxanalardan kitab gətirilməsi təşkil ediləcək: “Bununla əlaqədar, biz Azərbaycanın rayonlarında sorğu keçirəcəyik və onların cavablarından biləcəyik ki, hansı məktəbin hansı kitablara ehtiyacı var”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

