ABŞ-ın aviazərbələri nəticəsində azı 500 husi üsyançı ölüb
22.04.2025 [14:45]
Yəməndə hakimiyyəti ələ keçirən husi üsyançıları mart ayından bəri ABŞ-ın endirdiyi aviasiya zərbələri nəticəsində azı 500 üzvünü itirib.
AZƏRTAC xəbər verir ki, Əl Ərəbiyyə telekanalı bu barədə kəşfiyyat məlumatlarından xəbərdar olan mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, ölənlər arasında “Ənsar Allah” hərəkatının yüksəkvəzifəli şəxsləri, o cümlədən raket operatorları və PUA mütəxəssisləri də var.
Telekanalın həmsöhbətləri, həmçinin ABŞ-ın zərbələri nəticəsində üsyançıların bir sıra təlim düşərgələrinin də tamamilə dağıdıldığını iddia ediblər. Onların sözlərinə görə, Yəmənin hava hücumundan müdafiə və digər hərbi imkanları ciddi şəkildə zəifləyib.
Bir müddət öncə ABŞ mediasında Yəməndə yerüstü əməliyyata hazırlığın başlaya biləcəyi ilə bağlı məlumatlar yayılıb. Əl-Ərəbiyyə telekanalı isə öz növbəsində iddia edir ki, hazırkı hava zərbələri hökumət qüvvələrinin husilərə qarşı potensial hücumuna zəmin hazırlamalı olan çoxmərhələli planın bir hissəsidir.
ABŞ-ın zərbələri mülki əhali arasında da çoxsaylı itkilərə səbəb olub, lakin onların sayı bəlli deyil.
Xatırladaq ki, 2023-cü ildə Qəzza sektorunda döyüş əməliyyatları başlayandan sonra Yəmən İsrail ərazilərini atəşə tutacaqları və yəhudi dövlətinə gedən gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçməsinin qarşısını alacaqları barədə xəbərdarlıq edib. 2025-ci il yanvarın ortalarında Qəzzada atəşkəs elan edildikdən sonra Yəmənin İsrailə hücumları dayandırılıb. Lakin martın əvvəlində atəşkəs yenidən pozulub, husilər İsrailə və onun Qırmızı dənizdəki gəmilərinə hücumları bərpa etdiklərini açıqlayıblar.
Martın 15-də Prezident Donald Trampın göstərişi ilə ABŞ “Ənsar Allah” hərəkatının mövqelərinə kütləvi zərbələr endirməyə başlayıb. Husilər isə buna cavab olaraq Qırmızı dənizin şimalında ABŞ-ın “Harry Truman” aviadaşıyıcısına raket və pilotsuz təyyarələr vasitəsilə silsilə hücumlar həyata keçirib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

